İKİ MÜNASİBƏT ARASINDAKI ZİDDİYƏT | İCTİMAİ-SİYASİ TƏŞKİLATLAR SƏRT BƏYANAT VERDİLƏR | ODLAR YURDU UNİVERSİTETİ DƏ BAĞLANIR | AMERİKA POLİSİNİN İÇ ÜZÜ | Dünyadakı sülhün durumu belədir | "Marsel" Çempionlar Liqasından qovula bilər | Avqustda Azərbaycanda 38 intihar hadisəsi baş verib | Neft sovrulur xalq isə səfalətlətdədir | AZƏRBAYCANDA YANACAQ NEÇƏYƏ BAŞA GƏLİR? | NATO BU İL 500 ƏSGƏRİNİ İTİRİB |

Ramazan Əlavəsi
Bizimlə Əlaqə
Foto-Fakt
Əsas Bölmələr

Siyasət

İqtisadiyyat

Dünya

Ölkə

Müsahibə

Elm,Təhsil,Texnologiya

Top Secret

Media

Analiz

Araşdırma

Mənəviyyat

Mədəniyyət

Ailə

Vətən Oğulları

Tarix

Hadisə

Sağlamlıq

Hüquq

Hərb

Maraq dünyası

İdman

Uşaq dünyası

Karikatura

Video

Audio

Fotoqalereya

Gündəm

Sorğu

MƏHKƏMƏLƏR QƏRARI VERİR:

ƏDALƏTLƏ
PULLA
SİFARİŞLƏ

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AZƏRBAYCAN İSLAM PARTİYASINDAN İSTEFA TƏLƏBİ

 Nə baxırsan, maşın görməmisən?

 Yəmənli körpələrin qətliamına kim dur deyəcək!

 "BAKIDA NÖMRƏ 1"

 İNSAN HAQQLARI BİZDƏ BELƏ QORUNUR!

Foto

Maraq Dünyası
Tarixdən səslər
Texnologiya
 

 
AY DOĞAR GƏDİYİNDƏN...
19/06/2010 - 11:29

Aqil Mehdi


Utan, bir dediyindən!


XIX əsrdə yaşayırıq. O XIX əsrdə ki, orada bizlər, yəni sülh tərəfdarı dünya ictimaiyyəti qansız-qadasız, atomsuz, raketsiz bir cahan ümidindəydik. Amma görün nə oldu, elə XIX əsrə qədəm qoyar-qoymaz qondarma bir terror aktı ilə - 11 Sentyabrla ABŞ Şərqə doğru addımlamağa başladı. Özü də bu addımı tək atmaq niyyətində olmadı. Özü ilə müttəfiqlərini də çəkib Bin Ladeni tutmaq bəhanəsi ilə Əfqanıstanda dinc insan qanı axıtmağa gətirdi. Dünyanın bəzi irili-xırdalı dövlətləri ABŞ-ın bu işğal niyyətinə öz hərbi kontingenti ilə dəstək verdi.

ABŞ daha sonra İraqa yeridi, kütləvi qırğın silahı axtarmaq bəhanəsi ilə. Axtardı, axtardı, amma tapmadı. Əslində axtarmadı, çünki o silah İraqda yox idi. Sadəcə ABŞ Əfqanıstandan sonra müsəlmanların susqunluğundan yararlanıb, daha bir müsəlman dövlətini tutmaq, onun misilsiz sərvətlərindən yararlanmaq niyyəti güdürdü.

Burada da işini həll etdi. Daha sonra isə üzünü Yəmənə çevirdi. O Yəmənə ki, oranın da əhalisinin böyük əksəriyyəti müsəlmandır.

Yaxşı, gəlin görək ABŞ bu qədər gücü haradan alır? Onun bu qədər rahat hərəkət etməsinə səbəb nədir? Onun ilhamvericisi kimdir?

Təbii ki, gözlər 60 ildir müsəlman qanı axıtmaqda kifayət qədər təcrübəsi olan İsrailə yönəlir.

O İsrailə ki, 1948-ci ildə BMT-nin qərarı ilə müsəlman Fələstin dövləti parçalanaraq ərazisinin bir hissəsi ona verildi. Dünya ictimaiyyəti susdu. Fələstinlilərin halal haqqı olan torpaqları əllərindən alınaraq, Avropadan ora köçürülmüş yəhudilərə verildi. Daha sonra isə qırğınlar başladı. Öz haqlarını, torpaqlarını müdafiə etməyə qalxan müsəlman Fələstin xalqı gülləbəran edildi. Bu gün də həmin qırğınlar davam edir. Dünya ictimaiyyətindən heç bir sərt reaksiya görməyən İsrail rəhbərliyi, bununla yetinməyərək işğaldan sonra bir ovuc qalmış Fələstinin paytaxtı Qəzzanı da daş divarla mühasirəyə aldı. O daş divardan burnunu çölə çıxaran isə terrorçu adlandırılaraq yerindəcə güllələnir.

O İsrailə ki, 1941-45- ci illərdə Hitler Almaniyasında soyqırıma məruz qaldığını iddia edərək, illərdir bu yalanını həyasızcasına dünya ictimaiyyətinə yedirtmək istəyir. Faşist Almaniyasında yəhudilərə qarşı kütləvi soyqırımın olduğunu iddia edərək, 6 milyon yəhudinin öldürüldüyünü bəyanlayır. Halbuki, yəhudilərin indiki sayı heç 6 milyon deyil. Almaniyada qaz kameralarında yəhudilərin öldürülmədiyini söyləyən böyük mütəfəkkir Roje Qorodi bu fikrindən sonra amansız təqiblərə məruz qaldı.

O İsrailə ki, il yarım bundan əvvəl qoca, cavan, uşaq demədən fosfor bombaları ilə fələstinlilərə qarşı əsl soyqırım həyata keçirdi. 2000-ə yaxın dinc sakin dünyasını dəyişdi, 4000-dən çox insan yaralandı. Dünya ictimaiyyəti susdu, hətta İsrailə haqq qazandıranlar da oldu. Fələstini terror yuvası adlandırdılar. Bundan cuşa gələn İsrail Fələstinə bütün giriş-çıxışları bağladı. Gündəlik ehtiyaclar üçün lazımi qida məhsullarını belə Fələstinə buraxmayaraq, insanlara bölgədən qaçmaqdan başqa çıxış yolu qoymadı, onları ölümə tərk etdi.

O İsrailə ki, Fələstində ac-yalavacların ehtiyaclarını qismən ödəmək niyyəti güdən insani yardım təşkilatlarının gəmilərini güllə atəşinə tutdu. 9-u türk olmaqla 20 nəfəri şəhid etdi, 100-ə yaxın insanı yaraladı. Hərəkətlərindən utanmayaraq, daha sonra gəmidəkilərin terrorçu olduğu iddiasını ortaya atdı. Hadisəni tez-tələsik başqa bir yerdə səhnələşdirərək, dünyaya gəmilərin onların əmrlərinə tabe olmadığını sübut etməyə cəhd etdi. Amma gecikmişdi, gəmiyə hücum edərək insanları atəşə tutanda bir nəsnəni yaddan çıxarmışdı; onların bütün əməlləri dünya televiziyalarına canlı yayımlanmışdı. İşğalçı, qaniçən İsrail əsgərlərinin əliyalın insanları necə qətlə yetirdiyini hamı şərhsiz-filansız gördü. Və neçə illərdir istədiyin terrorçu qismində göstərən sionizmin, onların əlaltısı olan KİV-lərin hansı yalanlarına uyduğunu fərq etdi.

Və o İsrailə ki, müsəlmanların qanını axıdaraq, həyasızcasına başqa bir müsəlman dövləti olan Azərbaycanı özünə dost, qardaş bilir və azərbaycanlıları yəhudilərlə oxşar taleyə malik, yəni zülmə məruz qalmış xalq adlandırır. Türklər demiş "pes yani". Tarix nadiri oxumaqdan cırıq-cırıq etmiş bir şəxs kimi deyə bilərəm ki, ömrümdə bu qədər yalançı, həyasız, qaniçən, qəddar bir millət görməmişəm. Yox, var. Ermənilər. Onlar da sionist yəhudilər kimi, əvvəl öldürürlər, sonra öldürdüklərini çəkib dünyaya soyqırıma məruz qaldıqlarını bəyanlayır. Əvvəl işğal edirlər, sonra işğala məruz qaldıqlarını bəyanlayırlar. Əvvəl yalan danışırlar, sonra öz danışdıqları yalana özləri inanıb, hamını da bu yalana inanmağa məcbur edirlər. Və özü də bu işi tək görmürlər, bu yalanı əlaltıları olan KİV-lərlə ictimaiyyətin menyüsünə təqdim edirlər. Buna misal kimi Azərbaycan mətbuatına İsrailin ölkəmizdəki səfirlərindən biri ilə dərc olunmuş müsahibəni göstərmək istərdim. Təsəvvür edin ki, hörmət etdiyim mətbu orqanlardan birinin savadsız jurnalisti İsraili Azərbaycan kimi münaqişədən əziyyət çəkmiş dövlət kimi göstərərək, işğalçı bir dövlətin səfirindən sülhün və stabilliyin necə bərqərarı barədə belə sual edir:

"- Azərbaycan kimi, İsrail də münaqişədən əziyyət çəkir. Regionda sülhün və stabilliyin bərqərar olması üçün hər iki ölkə hansı birgə addımlar ata bilər?

- Bu suala cavab vermək bir qədər yersiz səslənə bilər, çünki biz hələ öz problemimizi həll edə bilməmişik, ona görə digərinə məsləhət verə bilmərik. Lakin biz çox dəyərli təcrübə əldə etmişik və heç olmasa bəzi qonşularımızla problemlərimizi qismən həll etmişik.

Biz danışıqlar prosesi, keçirilmə dinamikası ilə təfərrüatı ilə tanışıq. İsrail problemlərin aradan qaldırılması məsələsinə yeni idealar gətirib. Təəssüf ki, digər tərəflərin nəyi isə vəd verməsi və son nəticədə sözündən dönməsi kimi məsələlər bizim də başımıza gəlib. Hər dəfə uzun sürən üzücü danışıqlardan sonra bir daha geri qayıtmaq lazım gəlir."

Gördünüzmü. Bilirsiz bu nə deməkdir? Bu o deməkdir ki, Sarkisyandan sülhə, stabilliyə necə dəstək olmaq barədə sual edirsən, onu münaqişədən əziyyət çəkən qismində görürsən.

Bu da hələ hamısı deyil. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov hesab edir ki, ölkəmizin İsraildə çox böyük diasporu mövcuddur. Doğru deyir. Məhz həmin diasporanın apardığı məqsədyönlü fəaliyyətin nəticəsində Azərbaycanın bir qrup manısı 26 Fevral Xocalı soyqırımı günü İsraildə konsert proqramı ilə çıxış etmişdi. Sonra isə həyasız şəkildə özlərinə haqq qazandırmışdı. Mən onları qınamıram. Onlarda günah yoxdur. İsrailin çörəyini yeyən elə sionistlər kimi düşünməlidir. Mən hələ demirəm, həmin manıslara qadağa qoyan televiziyalara sonralar İsraildən hansı sərt təpkilər gəldi.

Bəli məhz bu cür jurnalistlərə, bu cür mədəniyyət xadimlərinə arxalandığı üçün, dedikləri sözləri tutuquşu kimi təkrarlayacaqlarını, sözlərini haqq söz olaraq camaata yedirdiləcəyini bildikləri üçün sionistlər tez-tez Azərbaycanı özlərinə dost-qardaş bilir, xalqların taleyini eyniləşdirir.

Amma onlara heç kəs sual etmir ki, Azərbaycan tarixi boyunca heç bir dövlətə ərazi iddiası qaldırmayıb, torpağını işğal etməyib, körpələri öldürməyib, qadınlara təcavüz etməyib, heç bu niyyətlərdə də olmayıb, biz nə vaxtdan sizinlə dost-qardaş və eyni taleyə malik oluruq? Biz soyqırıma məruz qalmış dövlətik, siz soyqırım törətmiş rejimsiz. Biz işğala məruz qalmış dövlətik, siz işğalçı rejimsiz. Biz atomdan sülh məqsədiylə istifadənin tərəfdarıyıq, siz atomdan bomba düzəldib məzlumların başına tökməyin. Biz müsəlmanların dostuyuq, siz müsəlmanların düşməni. Biz tarixən burada məskunlaşmışıq, heç kəsin ərazisində özümüzə dövlət qurmamışıq, amma sizin dövlət adlandırdığınız rejimin varlığınızın yaşı 60-dan çox deyil.   

Sonda diqqətiniz İsrailin Azərbaycandakı səfirliyində dərc olunan bir məqaləyə yönəltmək istəyirəm. Məqalədə bildirilir: "...Yarandığı gündən İsrail həm yəhudi xalqının evi, həm də bütün vətəndaşları üçün nümunəvi demokratik dövlət olub. Nasistlər və havadarlarının Avropa boyu 6 milyon yəhudini qətlə yetirməsinin, yəni Holokostun fonunda yaranan bu məkan yəhudilərin azad, anti-sami təhlükəsi və təqibdən uzaq yaşamasına şərait yaratdı. Yaxın Şərqdə İsrail yeganə dövlətdir ki, müsəlmanlar da daxil olmaqla, bütün vətəndaşlar, istər kişi, istərsə də qadın, öz liderlərinin azad seçə və sərbəst şəkildə hökumətə öz iradını bildirə bilər. Bu gün əldə etdiyimiz nailiyyətlər və istəklərimizlə bağlı götür-qoy edib və bunların Azərbaycan xalqı üçün hansı əhəmiyyətli təkliflər verə biləcəyi barədə düşünmək üçün çox yaxşı vaxtdır."

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. İsrailin necə demokratik ölkə olduğu, yəhudilərdən başqa bütün millətləri insan saymadığı, Allah-təalanın Dünyanı yəhudilər üçün yaratdığı iddiası, müsəlmanların İsraildə necə yaşadığı, hökumətə necə irad bildirməyi hamıya gün işığı kimi aydındır.

O ki, qaldı İsrailin əldə etdiyi nailiyyətləri əhəmiyyətli bilib Azərbaycan üçün təkliflər etməsinə, məncə İsrail əvvəl güzgüyə baxsa məsləhətdir. Əgər özünü orada görməsə, indidən bildirmək istəyirəm ki, onun əldə nailiyyət adlandırdığı nəsnə işğalçılıq və qaniçənlikdir. Ki, bu da Vətənimiz Azərbaycanın adı ilə yanaşı çəkilə bilməz. Hələ özünü bizə dost hesab edən İsrail adı ilə heç. DOSTUMUZU VƏ DÜŞMƏNİMİZİ BİZ ÖZÜMÜZ MÜƏYYƏNLƏŞDİRİRİK!


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Samir 19-06-2010, 10:09:56
Salam Aqil bey tesekkeurler. cox mukkemmel yazidir.
 
 

YAZARIN DİGƏR YAZILARI

n

01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT

n

05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...

n

19/06/2010 AY DOĞAR GƏDİYİNDƏN...

n

31/05/2010 FAKTXƏBƏRƏ "YOX" DEYƏK!

n

24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?

n

26/03/2010 ...HƏM DƏ...

n

13/03/2010 Qonşusu ac ikən, özü tox yatanlar

n

22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur

n

02/01/2010 2012

n

17/11/2009 Sifarişli yazıya sifarişsiz cavab - 2

n

11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab

n

28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur

n

16/10/2009 Qadını "eşşək" və "dəvə" adlandıran müəllif

n

08/09/2009 Amerikanın silah satışları niyə artıb?

n

25/08/2009 Şərəfsizlik də bir yerə qədər

n

06/08/2009 Amerika "humanizmi"nin fəsadları

n

23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!

n

18/07/2009 NATO-nun demarşı çalınır

n

24/05/2009 Məhvolma gəlib çatmadımı?!

n

23/05/2009 Çöküşün səbəbi elə budur

n

22/05/2009 Cəmiyyətlərin əcəli

n

05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb

n

11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları

n

01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...
 
 


Günün Sitatı


Nərgiz Nağıyeva:
"İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"

Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu

Zorakılıqsız həyat
Mirhüseyn Haşimi

QORXUN ŞƏHİD RUHUNDAN!
Tural Həsənli

PAYIZ GƏLDİ...UÇDU GETDİ BAYRAQ
Əziz Sahiboğlu

MTV, YOXSA MURDAR TV?
Emilya Tağıyeva

BİR GENERALIN OĞLU ÖLSƏ...
Xuraman

Mənim anam
Cavid Cabbarlı

BULVARDA GÖRÜŞ
Orxan Ələmdar

YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
 
Qonaq yazarlar
Əli Hüseynli

QƏRBİN YENİ HƏDƏFİ - YƏMƏN
Leyla Tağıyeva

KİV VƏ AİLƏ
Nurəddin İsmayıl

Fələstin və Livan hadisələrini düşünərkən
Aqil Mehdi

ANA(LOQSUZ) MÜXALİFƏT
Ramin Bayramov

"Qüds günü" - zülmə etiraz günü!
Faiq Vəlioğlu

YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!
Mayis Güləliyev

AZƏRİ ÜÇBUCAĞI SINDIMI?
 
Türk yazarlar
Fuat Türker

Kalbe İnen Vahiy
İbrahim Akın

Allahın Kadrini Hakkıyla Takdir Edemeyenler
 
Arxiv



 
Sayğac


Linklər

 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net