İnsan mürəkkəb bir varlıqdır. Bu mürəkkəbliyin nişanəsini, onun dünyaya baxışından və müxtəlif fikrilərindən də çözmək olar. İnsana nəzər saldıqda, onun müxtəlif meyl və istəklərə malik olduğuna şahidi oluruq. Və elə bu müxtəlif istəklərin nəticəsi olaraq, onun müxtəlif fikri və dünya görüşünə sahib olduğunu da müşahidə etməkdədyik. Uca Yaradan, bizə bu müxtəlif meyllərlə yanaşı ən gözəl hədiyyə də bəxş etmişdir ki, ona əql-ağıl və daha aydın desək gözəllikləri, çirkinliklərdə ayırd etmək üçün düşüncə qüvvəsi də əta etmişdir. Ulu Yaradan insan ağlını onun orqanizminin ən uca yerində qərar verməklə, əslində əqlin uca məqamını insanda müəyyənləşdirmiş və insan səadətinin məhz əql və düşüncə ilə hərəkət etdikdə təyin etmişdir. Daha aydın desək, Allah əqli yuxarıda, şəhvət və qarın nahiyəsini, orqanizmin aşağı hissəsində qərar verməklə bizə əqlin hakim, digər hisslərinsə onun tabe və asılı olmasına eyham vurub. Ancaq biz insanlar, bir çox hallarda tam əks istiqamətdə hərəkət etməklə həm özümüzü və həm də yaşadığımız cəmiyyəti çətinliklərlə üzləşdiririk. Bu gün əksər insanlar ağılı hakim etmək əvəzinə, şəhvət, qarın və sair nəfsani istəkləri özlərinə əsas götürdüklərinədən, ağıl kimi gözəl varlığı öz hökmranlığından aşağı endirərək, onu adıçəkilən istəklərin quluna çeviriblər. Elə buna görə də, insan, zahirən insan simasinda olsa da, getdikcə heyvani xislətləri öz meylinə uyğun və gözəllik sayır. Bununla da anlamaq olur ki, insanların müxtəlif fikir və istəklərə malik olmaları onların ağıllarından deyil, əslində müxtəlif istəklərindən qaynaqlanır. Bu günlər Azərbaycanda "gözəllik müsabiqəsi" keçirmək fikrinə düşüblər. Görəsən belə işlərə rəğbəti olanların meylləri haradan qaynaqlanır? Görəsən bunlar gözəlliyin həqiqi mənasında nədə görürlər? Bax, bunun haqqında düzgün düşünüb, düzgün qərar çıxarmaq hər adamın işi deyil. Çünki yuxarıda qeyd olunduğu kimi, əksər insanlar hər bir məsələyə müxtəlif cür yanaşa bilər. Əgər bir insan əyyaşlığı sevib və bu həyatı özünə seçərək ağlının həqiqəti dərk etmə qabiliyyətini tənəzülə uğradıbsa, bunun üçün bu məsələ onun tam istəyinə uyğun olamlıdır. Amma yox, əgər məsələyə düşüncə ilə yanaşsaq görərik ki, həqiqətdə bizə gözəllik kimi təqdim olunana işlər, əslində iyrəncliyin son həddidir. Gözəllik ülvi məxluq olan, ana kimi gözəl adı daşıya bilən bir qadının şəhvətpərəst insanların qarşısında nümayiş etdirmək deyil, gözəllik, mərhəmət, şərəf, qeyrət, yaltaqlıqdan uzaqlıq, insanların dərdini öz dərdi bilmək və onların dərdinə dərman olmaq və kimi saydıqca qurtarmayan xislətlərdən tutmuş, digər insanların haqqını yeməyib, onların hüquqlarının bərbasına çalışmaq kimi gözəl və insanın insanlığını müəyyənləşdirən xislətlərdən ibarətdir. Görəsən indiyə qədər bu gözəllik müsabiqəsinə şərait yaradıb və bununla bağlı pul xərcləyib, bütün səylərini səfərbər edənlər, bir dəfə insan olduqlarını xatırlayaraq, gözəl insanları, misal olaraq yaltaqlıqdan uzaq insanları bu təmtəraqla dəyərləndirməyə qadirdirlərmi?! Bax gözəlliyin həqiqəti və ona tabe olan insanların kimliyi belə yerdə bəlli olur.
|