Yollardakı kameraların xeyri | Azərbaycana C-300 raket kompleksləri satılmayacaq | Moskvada təyyarəni girov götürən şəxs həbs edildi | RUSİYANIN BİR HİSSƏSİ YANIR: 5 ÖLÜ VAR | MEKSİKADA MƏŞHUR NARKOBARON ÖLDÜRÜLÜB | Benzinin qiyməti gələn il artırılacaq | Qurban Qurbanov: ""QARABAĞ" QƏLƏBƏYƏ LAYİQ İDİ" | Amerika erməniləri Türkiyəni məhkəməyə verdi | JURNALİSTİ NİYƏ DÖYÜBLƏR? | Neft Akademiyasının müəlimi özünü 5-ci mərtəbədən atıb |

Fakt-Forum
Bizimlə Əlaqə
Foto-Fakt
Əsas Bölmələr

Siyasət

İqtisadiyyat

Dünya

Ölkə

Müsahibə

Elm,Təhsil,Texnologiya

Media

Top Secret

Analiz

Araşdırma

Mənəviyyat

Mədəniyyət

Ailə

Tarix

Hadisə

Sağlamlıq

Hüquq

Hərb

Maraq dünyası

İdman

Uşaq dünyası

Karikatura

Video

Audio

Fotoqalereya

Gündəm

ADP KİMİNLƏ SEÇKİ BLOKU YARADIR?

Həsrət Rüstəmov: "Mənim fikrimə görə bizə daha uyğun ALP və VİP ilə seçkilərə getməkdir"

SAAKAŞVİLİ ƏHALİNİ SİLAHLANDIRI

Mixail Saakaşvili: "Bizim düşmənin məqsədi Gürcüstanda nəzarəti ələ almaqdır. Bu halda onlar Gürcüstana hücum etsə,

MİLLİ QƏHRƏMAN HAQDA FİLM ÇƏKİLİR

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz

AZƏRBAYCANDAN ERMƏNİSTANA BÖYÜK ZƏRBƏ

Azərbaycan Rusiyadan 300 milyon dollar dəyərində C-300 zenit-raket kompleksini alır

İtaliya DİN-i: Hicaba qadağa Müqəddəs Məryəmə də təhqirdir

İtaliyanın daxili işlər naziri, ifratçı dinsizlər tərəfindən hicaba qadağa qoyulması barədə çağırışlar

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n "QARABAĞ" "VİSLA"nı DİZ ÇÖKDÜRDÜ
n NAZİR BALALARININ OYLAĞI OLAN RESTORAN
n Xan bağına ayrılan 5 milyon yoxa çıxıb?
n C-300 kompleksi nədir?
n Neft Akademiyasının müəlimi özünü 5-ci mərtəbədən atıb
n JURNALİSTİ NİYƏ DÖYÜBLƏR?
n RUSİYA QIRICILARI YENİ REKORDA İMZA ATIB
n Qurban Qurbanov: ""QARABAĞ" QƏLƏBƏYƏ LAYİQ İDİ"
n MÜXALİFƏT İCAZƏSİZ MİTİNQ QƏRARI VERDİ

Ən Çox Şərh Olunanlar

 AZƏRBAYCAN İSLAM PARTİYASINDAN İSTEFA TƏLƏBİ

 Nə baxırsan, maşın görməmisən?

 Yəmənli körpələrin qətliamına kim dur deyəcək!

 "BAKIDA NÖMRƏ 1"

 İNSAN HAQQLARI BİZDƏ BELƏ QORUNUR!

Foto

Maraq Dünyası
Tarixdən səslər
Texnologiya
 

 
Unuda bilməyəcəyəm!
11/03/2010 - 08:53

İlqar Kamil

Getdin deyə unutdummu sandın səni?

Bu dəfə  də yanıldın,

həmişəki kimi

Unuda bilmədim səni çünki. 
 

Unutmaqmı, həə?!

Nə  deməkdi unutmaq?

Mənasını  bilmirəm.

Necə  olur unutmaq?

Anlaya bilmirəm.

Bax, görürsən?

Səndən sonra mən səni deyil

unutmağı unutmuşammış.

Əslində isə mən

hər  şeyi unutmuşam

səndən başqa

çoxdandı

hətta özümü də

tanıya bilmirəm.

Nə  edim?

Nədi çarəm?

"Unut getsin!"

  - deyəcəksən sadəcə

Bu qədər sadə  olsaydı..

Ehh. 
 

Birgə  hər şeyi öyrənmişdik

səninlə.

Sevməyi,

sevilməyi,

yaşamağı,

ağlamağı,

gülməyi.

Amma

unutmağı deyil.

Onu öyrətmədin mənə.

Kaşki öyrədəydin

onu da. 
 

Bəs sən?

Sən unuda bildinmi məni?

Düzünü  deməyəcəksən ki

onsuz da

həmişəki kimi

Ağlayacaqsan sadəcə.

Mənsizlikdənmi ağlayırsan,

yoxsa mənəmi?

Mənə  ağlayırsansa

ağla gözəlim

Çünki

mənim halım

doğurdanda ağlamalıdır. 
 

Sadəcə  bunu bil ki,

unuda bilmədim səni.

Məni unutsan da,

sevgimizi unutsan da

yalvarıram sənə

Bunu əsla unutma!

Nədən, bilirsənmi?

Çünki

bunu da unutsan

unutmağa bir şey qalmayacaq

artıq

ümüdüm qırılacaq

O zaman

Hər  şey bitəcək

Dünya çökəcək

Zülmət olacaq

hər yer

O zaman

sonum olacaq mənim

Onunçün

yalvarıram sənə

Çox yalvarıram

Nə  olar

unutma ki,

mən səni

unuda bilmədim.

Qəlbimdəsən

Ruhumdasan

Varlığımdasan

hər an

mənimləsən!

"Mənimsən!"

- deyə bilməsəm də. 
 

Mən səni necə  unuda bilərəm?!

Necə?!

Təkcə  gözümdə olsaydın

çıxarıb atardım onları

unudardım səni

birdəfəlik.

Təkcə  ürəyimdə olsaydın

doğrardım onu

çıxarardım səni içindən

Ehh. Ehh. Gözəlim!

Sən nə  sandın?

Sən mənim bütün varlığımdasan

Vücudumu sarmısan.

Indi sən  özün de!

Özün anlat!

Necə  unudum səni?! 
 

Necə  unudum səni?

bir halda ki,

hər şeyimsən

Səndən var olmuşam.

Səndən gəlmişəm

bu diyara

qədəm qoymuşam.

Sənə  dönməliyəm

sonunda

həm də

Sənə  baxmalıyam

təkcə

sənin olmalıyam

bir gün

dayanmalıyam

hüzurunda

"fəna" olmalıyam

"Mənlikdən" çıxıb

"Sən" olmalıyam

sadəcə.

Bunları

sən özün demisən mənə

Özün öyrətmisən

Kəlmə-kəlmə

hərf-hərf.

Ona görə

Ey ulu Rəbbim mənim

Ey haq Pərvərdigarım

Ey əvvəlim, axırım mənim!

Səni heç  zaman

Heç  vaxt

Heç  bir an

Unuda bilməyəcəyəm! 
 

 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
11-03-2010, 10:03:30
qardashim heqiqetnde urekden gel szlrdir. dedin kimi destemaz alib Sevglivin adiyl bashlayaraq ureyinde olanlari kocrtmuen a vereqin setirlrine. ellerinden opurem.
 
COSHGUN 18-03-2010, 14:19:44
Salam dostum, necesen?Semimi duygulardi dostum poetik yerleri de daha celb edicidi gozeldi. Unutmagi unutmaq cox gozel duygulardi...melumdu ki seferinde qabaqlamisan bizleri...ugurlar sene!
 
---------- 24-03-2010, 17:22:53
Bismillahir rehimanir rehim
Salam men bu yazİNİ,defelerle oxudum. Amma mene qaranliq qalan fikirlerle raslasdim.
Siz burda,kimese olan sevginizden yazmisiz,gozel amma sonunda baslamisiz Allaha xitab edmeye rica edirem buna
Aydinliq getirerdiz? Birde bu hansi behirde yazilib anlamdaim?
 
Sh.Gulshan 09-04-2010, 10:50:17
Heyat davam edir. Genc, yarashiqli ve istedadli bir oglana bu qeder sentimentalliq yaxshi deyil. Insanin omrunun evvel ve axir hec bir zaman unuda bilmeyeceyi varliq evvel ULU TANRI sonra ise VALIDEYINLERIdir. Insana eziz olan diger insanlari ise insan omrunun sonunadek seve ve unutmaya biler, lakin bu mutleq deyil, yeni heyatin gerdishine bagli unuda da biler. Sene ise Ilqar, senen ve senin sevginin qedrini bilen qarshiligi olan BOYUK sevgi arzulayiram.
 
sevgisiz sevgi 09-04-2010, 21:25:47
salam cox tesirli yazmisiz halaldi evvelimiz axrimiz onu ulu rebbimizin yanidi.cox sagol
 
 

YAZARIN DİGƏR YAZILARI

n

09/06/2010 Dahi istək

n

10/05/2010 Onu tanıyıncaya qədər

n

07/05/2010 Çoxdandı

n

11/03/2010 Unuda bilməyəcəyəm!

n

06/03/2010 Hara gedirsən?!

n

27/02/2010 Çingiz Mustafayevin göz yaşları

n

26/02/2010 O olmasın, bu olsun!

n

24/02/2010 Pul "köpəyoğlu" şeydi!

n

22/02/2010 Bakı səmasında "uçan boşqab" görünüb

n

20/02/2010 "Cənnət-məkan" kəndi

n

10/02/2010 QƏZƏNFƏR KİŞİ

n

03/02/2010 Bizim qız Yevrovijında

n

22/01/2010 Günə baxan oğlan

n

04/01/2010 YENİ İL GƏLSƏ ƏGƏR

n

08/12/2009 HAMI YATIB CIRTDAN OYAQ!

n

24/11/2009 AZAN SƏSİ
 
 


Günün Sitatı


Xaliq Bahadır:
"Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"

Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu

Sosial rifah səviyyəsi aşağı olanda...
Mirhüseyn Haşimi

Azərbaycanda İslama qarşı hərəkat necə aparılır
Tural Həsənli

DİN VƏ SİYASƏT
Əziz Sahiboğlu

16 İLLİK ATƏŞKƏS
Emilya Tağıyeva

MÜSİBƏT...
Cavid Cabbarlı

AZƏRBAYCAN REALLIQLARI
Orxan Ələmdar

Azadlıq radiosunun siğə maxenasiyası
 
Qonaq yazarlar
Əli Hüseynli

QƏRBİN YENİ HƏDƏFİ - YƏMƏN
Leyla Tağıyeva

KİV VƏ AİLƏ
Nurəddin İsmayıl

Fələstin və Livan hadisələrini düşünərkən
Aqil Mehdi

SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
Ramin Bayramov

Mübariz şəhidimiz-seyyid Mübariz
Faiq Vəlioğlu

YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!
Mayis Güləliyev

AZƏRİ ÜÇBUCAĞI SINDIMI?
 
Türk yazarlar
Fuat Türker

Özlenen Türk - İslam Birliği
İbrahim Akın

Kaybolacak Şeyleri Amaç Edinmek
 
Arxiv



 
Sayğac


Linklər

 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net