MEKSİKADA MƏŞHUR NARKOBARON ÖLDÜRÜLÜB | Benzinin qiyməti gələn il artırılacaq | Qurban Qurbanov: ""QARABAĞ" QƏLƏBƏYƏ LAYİQ İDİ" | Amerika erməniləri Türkiyəni məhkəməyə verdi | JURNALİSTİ NİYƏ DÖYÜBLƏR? | Neft Akademiyasının müəlimi özünü 5-ci mərtəbədən atıb | RUSİYA QIRICILARI YENİ REKORDA İMZA ATIB | NAZİR BALALARININ OYLAĞI OLAN RESTORAN | MÜXALİFƏT İCAZƏSİZ MİTİNQ QƏRARI VERDİ | C-300 kompleksi nədir? |

Fakt-Forum
Bizimlə Əlaqə
Foto-Fakt
Əsas Bölmələr

Siyasət

İqtisadiyyat

Dünya

Ölkə

Müsahibə

Elm,Təhsil,Texnologiya

Media

Top Secret

Analiz

Araşdırma

Mənəviyyat

Mədəniyyət

Ailə

Tarix

Hadisə

Sağlamlıq

Hüquq

Hərb

Maraq dünyası

İdman

Uşaq dünyası

Karikatura

Video

Audio

Fotoqalereya

Gündəm

ADP KİMİNLƏ SEÇKİ BLOKU YARADIR?

Həsrət Rüstəmov: "Mənim fikrimə görə bizə daha uyğun ALP və VİP ilə seçkilərə getməkdir"

SAAKAŞVİLİ ƏHALİNİ SİLAHLANDIRI

Mixail Saakaşvili: "Bizim düşmənin məqsədi Gürcüstanda nəzarəti ələ almaqdır. Bu halda onlar Gürcüstana hücum etsə,

MİLLİ QƏHRƏMAN HAQDA FİLM ÇƏKİLİR

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz

AZƏRBAYCANDAN ERMƏNİSTANA BÖYÜK ZƏRBƏ

Azərbaycan Rusiyadan 300 milyon dollar dəyərində C-300 zenit-raket kompleksini alır

İtaliya DİN-i: Hicaba qadağa Müqəddəs Məryəmə də təhqirdir

İtaliyanın daxili işlər naziri, ifratçı dinsizlər tərəfindən hicaba qadağa qoyulması barədə çağırışlar

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n "QARABAĞ" "VİSLA"nı DİZ ÇÖKDÜRDÜ
n NAZİR BALALARININ OYLAĞI OLAN RESTORAN
n Xan bağına ayrılan 5 milyon yoxa çıxıb?
n C-300 kompleksi nədir?
n Neft Akademiyasının müəlimi özünü 5-ci mərtəbədən atıb
n JURNALİSTİ NİYƏ DÖYÜBLƏR?
n RUSİYA QIRICILARI YENİ REKORDA İMZA ATIB
n MÜXALİFƏT İCAZƏSİZ MİTİNQ QƏRARI VERDİ
n Benzinin qiyməti gələn il artırılacaq

Ən Çox Şərh Olunanlar

 AZƏRBAYCAN İSLAM PARTİYASINDAN İSTEFA TƏLƏBİ

 Nə baxırsan, maşın görməmisən?

 Yəmənli körpələrin qətliamına kim dur deyəcək!

 "BAKIDA NÖMRƏ 1"

 İNSAN HAQQLARI BİZDƏ BELƏ QORUNUR!

Foto

Maraq Dünyası
Tarixdən səslər
Texnologiya
 

 
QURANDA ZALIMIN SON ANI
27/02/2010 - 14:11

Faiq Vəlioğlu
"Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!" (Ənam surəsi-93)

Son zamanlar Vətənimiz ağır və dərdli günlərini yaşayır. Əhalisinin  95%-i müsəlman olan bir xalq bilmir ki, gördüklərinə inansın ya eşitdiklərinə! Görəsən nələr baş verir bizdə?! Hara gedirik, müsəlmançılığa, mənəviyyata, paklığa və azadlığa tərəf, yoxsa təzədən kommunist hökumətini gətirib məscidləri anbar etmək istəyirik?!

Bu gün Vətəndə, iqtisadi vəziyyəti gündən-günə ağır vəziyyətə düşən xalqın qayğısına qalıb, hər bir vasitə ilə onları həmrəyliyə, birliyə, Quran ətrafında birləşməyə və ən mühümmü islamın təcavüzkar düşmənə qarşı buyurduqlarını şüar edib, Vətənin müdafəsinə hazırlamaqdansa, bir sıra qoluzorlular öz güclərini, dindar və mömin müsəlmanların üzərində sınamağa başlayıb. Bir dəstə məmurun, xalqın qeyrətli, namuslu və mənəviyyatın keşiyində dayanmış müsəlmanlarla belə rəftarı heç bir məntiqə sığmır və qəti şəkildə qəbul edilməzdir.

Bu gün xalqın malın müxtəlif ünvanlarla basıb yeyən, acları təpiklər altına salıb haqqın verməyən, ev-eşiyindən didərgin düşmüş qaçqınların problemələrinin həllində səhlənkarlıq edən, şəhidlərin və şəhid ailələrinin haqlarını lazımınca qorumayan, ölkədə ayaq tutub yeriyən rüşvətxorluğun qarşısını alıb onlarla mübarizə aparmayan, ölkəyə kənardan bir kiloqram bela ərzaq, mal və sair gətirməsinə imkan verməyən bəzi inhisarçı qolçomaqlarla mübarizə aparıb xalqın qayğısına qalmaqdansa, bir dəstə dövlət məmurları, dinə, məscidlərə, dindarlara və ən başlıcası son günlər yayılan bəzi xəbərlərə görə MÜQƏDDƏS KİTABIMIZ QURANİ-KƏRİMƏ qarşı mübarizəyə başlayıblar.

Vətənimizin ən ağır tarixini yaşadığımız bir dövrdə, ölkəsinin ərazisinin 20%-i düşmən tapdağı altında olan bir ölkə məmurlarının belə özbaşnalığını tarix heç bir bəhanə ilə örtbasdır etməyəcək. Heç olmasa, özümüzü də düşünməsək, gələcəkdə bizi əvəz edən nəsilləri düşünək. Bu vəzifə beş-on günlük dünyada qalacaq. Bizlər isə, hamı kimi bir bu dünyanı tərk edəcəyik. Damarlarının qanını yüz dəfələrlə də dəyişsən, dərini yüz dəfə təzədən əməliyyat edib özünü cavanlaşdırmaq istəsən, hər gündə on dəfə həkimə müraciət etsən belə, istənilən anda Allah-taala tərəfindən son anın gəlib çataçaq! Onda hər kəsin özünəməxsus vəziyyəti olacaq. İstərdim ki, müqədəs Quranmızda, o son dəqiqələrə olunan bəzi işarələri, bu soyuq qış havasında dindar və özünə mənəvi yolu seçmiş insanların başlarını yaranların, özü ilə Allah-taala arasında hesab kitab aparmayan bəzi zalimlərin diqqətinə çatdırım.

Əvvəldə qeyd edəcəyim ayə, qoluna güvənib kimi gəldi vuran və Allahın hesab-kitabına inanmayanlara aiddir:

1)  "Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!" (Ənam surəsi, 93-ü ayə)

2) Bəziləri belə güman edir ki, bu dünyadan köçməklə işləri rahatlaşır, amma çox səhvə yol verirlər. Onların ağır əzabları elə ölüm anından başlanır. İnanmayanlar ölən anda bu məsələni dəqiq anlayacaqlar. Təssüflər olsun ki, o anda artıq iş-işdən keçmiş olacaq. Ona görə də indidən tövbə edib, zülm etdiyin şəxslərdən üzr istəməlisən!

"(Ya Rəsulum!) Kaş sən haqqı dananlırı mələklər onların üzünə və yanlarına vura-vura: "Dadın atəşin əzabını!" - deyib canlarını alanda görəydin!   Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!"  (Ənfal surəsi, 50-51-ci yalər) 

3) Amma, dünyada malı, pulu, vəzifəsi onu aldadanlara Quran belə müraciət edir:

"Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.

21. Axirəti isə tərk edirsiniz.

22. O gün neçə-neçə üzlər sevinib güləcək,

23. Öz Rəbbinə baxacaqdır!

24. O gün neçə-neçə üzlər tutulub qaralacaq,

25. Bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!

26. Xeyr, (can) boğaza gəlib yetişəcəyi,

27. "(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi,

28. (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,

29. Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,

30. Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! (Qiyamət surəsi, 20-30-cu ayələr)

 

Sonda, hər bir vətəndaş kimi mən də, ölkənin mərkəzində dindar qardaşlarıma qarşı bəzi məmurların belə vəhşiylini pisləyir və qoluzorlulara özlərini 20 ilə yaxın Vətənimizdə kef sürən və hər gün bizlərdən şəhid alan erməni əsgərlərin qarşısında sınamağı məsləhət bilirəm! Xalqın əmniyyət və təhlükəsizliyinin keşiyində duranlara isə indiyə kimi arasını açıb oxumadığı bir əsas dövlət qanunu onlara xatırladıram:

 

Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri 

2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir."

 

Görəsən, bütün dünyanın gözü önünüdə günün günorta çağı, dinc şəkildə, Peyğəmbərimizin (s) vəfatı günü, şəhidlərimizin ziyarətinə əklil aparan dindar ölkə vətəndaşlarını bu şəkildə vəhşicəsinə vurmağı onlara kim icazə verib?! Ölkənin hüquq mühafizəçiləri və məhkəmə orqanları isə dinc ölkə vətəndaşlarının başlarını yaranları tezliklə məsuliyyətə cəlb edib, onları öz cəzalarına çatdırmalıdırlar. Onlara da bu dövlət qanununu xatırlatmaq istərdim:

 

Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ

1. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

3. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz."

 

Cinayət məcəlləsi isə onlara bu əsası verir:

 

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda -

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəhayətdə, zalimlər bilsinlər ki dindarların Allahı var, onlar öz Allahlarına güvənirlər. Və Allaha güvənən müsəlman isə həmişə qalibdir! Zalimləri isə aqibəti budur:

"O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!  Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!" (İbrahim surəsi, 49-51) 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 


Günün Sitatı


Xaliq Bahadır:
"Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"

Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu

Sosial rifah səviyyəsi aşağı olanda...
Mirhüseyn Haşimi

Azərbaycanda İslama qarşı hərəkat necə aparılır
Tural Həsənli

DİN VƏ SİYASƏT
Əziz Sahiboğlu

16 İLLİK ATƏŞKƏS
Emilya Tağıyeva

MÜSİBƏT...
Cavid Cabbarlı

AZƏRBAYCAN REALLIQLARI
Orxan Ələmdar

Azadlıq radiosunun siğə maxenasiyası
 
Qonaq yazarlar
Əli Hüseynli

QƏRBİN YENİ HƏDƏFİ - YƏMƏN
Leyla Tağıyeva

KİV VƏ AİLƏ
Nurəddin İsmayıl

Fələstin və Livan hadisələrini düşünərkən
Aqil Mehdi

SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
Ramin Bayramov

Mübariz şəhidimiz-seyyid Mübariz
Faiq Vəlioğlu

YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!
Mayis Güləliyev

AZƏRİ ÜÇBUCAĞI SINDIMI?
 
Türk yazarlar
Fuat Türker

Özlenen Türk - İslam Birliği
İbrahim Akın

Kaybolacak Şeyleri Amaç Edinmek
 
Arxiv



 
Sayğac


Linklər

 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net