Bu gün Çingizi
Gördüm. Mustafayevi. Narahat, pərişan, nigaran. Üzündə inciklik
və küskünlük vardı. İncimişdi sanki hamıdan. Gözlərimə inanmadım.
- İlahi, bu Çingizdimi
doğurdan?! Axı mən onun heyranı idim. O mərd, igid, qorxmaz, hamının
fəxrlə yad etdiyi - dillərə dastan.
"Kişi
ağlamaz" - deyiblər, amma onun bəzi kadrları lentə alarkən
için-için ağlaması onun əsil kişi olduğunun isbatı olmuşdu sonradan.
Başını sinəsinə əyib
ucu-bucağı görünməyən bir yol üstündə məzlum-məzlum oturmuşdu Çingiz. Saçları
ağappaq ağarmış, saqqalı uzanmışdı. Əynindəki qanlı paltarını hələ də
dəyişməmişdi.
Qarşısına keçib salam verdim.
Cavab vermədi, susdu.
"Yoxsa məndən incimisən?!" - dedim.
Başını qaldırıb məni mənalı-mənalı süzdü, "mən
hamıdan incimişəm!" - dedi.
"Bəs burda, yol üstündə niyə dayanmısan?" - dedim.
Dərindən ah çəkərək "birini gözləyirəm!" -
deyə cavab verdi.
"Yəqin indi harda olsa gələr!" - deyib təskinlik vermək
istədim.
Yenə gözümün içinə baxdı. "Mən gözlədiyimi düz 18
ildir ki, gözləyirəm!" - dedi.
"Kimdi o gözlədiyin?!" - deyə təəccüblə soruşdum.
"Bircə mərd, igid, qorxmaz, şücaətli Azərbaycan oğlu." - dedi.
"Onu neynirsən, niyə gözləyirsən?!" - dedim.
"Çünki nə qədər əlləşirəm, vuruşuram tək bacarmıram!" -
deyib başını aşağı saldı yenidən.
Bunu eşidəndə xeyli utandım. Elə ona görə də mövzunu
dəyişmək istədim. "Bəs kameran hanı, Çingiz!?" - dedim.
"Kameramı elə o zaman oğurladılar, aldılar əlimdən." -
dedi.
"Bəs niyə etiraz etmədin?" - dedim.
"Fikirləşdim ki, qoy götürsünlər, burda nə var ki, yəqin mənim
yolumu davam edəcəklər, yəqin ki, onunla həqəqətləri ortaya çıxaracaqlar.
Fikirləşdim ki, mənim kameramla haqqı tapacaq və ona sahib çıxacaqlar.
Fikirləşdim ki, heç nədən, heç kimdən qorxmadan ancaq gördüklərini
göstərəcəklər, görülməsi gərəkəni deyil. Fikirləşdim ki, onlar da mənim kimi
tam müstəqil, azad olacaqlar. Amma yanılmışammış. Özü də çox yanılmışam!" -
deyə əllərini ölçə-ölçə danışdı.
Bir az ara verib
yenə davam etdi: "Mən 18 ildi hələ də ağlayıram. Göz yaşımı
silmədilər onlar mənim. Onlar mənim belimi qırdılar. Qürurumu sındırdılar.
Yalan çəkib, yalan göstərdilər. Onlar çox yalan danışdılar. Ancaq şou çəkib şou
göstərdilər. Olanları gizlətdilər, bildiklərini bildirmədilər! - deyə
ağlaya-ağlaya çığırmağa başladı.
Bir az keçdi. Sakitləşdik.
Aramlaşdıq. Ikimiz də dərindən bir ah çəkdik.
"İndi
mənə qulaq as!" - dedim.
- Mən də sənin kimi düşünürdüm. Onları yalançı sanırdım.
Günahlandırırdım. "Qorxaqsız!" - deyirdim. Amma belə
deyilmiş. Çünki bir zamanlar mən də sənin kimi olmaq istədim. Özümə
kamera aldım, dəm-dəzgah qurdum. Küçələrə çıxdım, yollara düşdüm. Bir çox
həqiqətləri lentə aldım. Acılar gördüm, qəmlər gördüm. Biabırçılıqlarla
üzləşdim. Bəzilərini utana-uatana, bəzilərini gizlənə-gizlənə, bəzilərini
qorxa-qorxa çəkdim. Hamısını bir-bir lentə aldım. Yoruldum. Əldən düşdüm. Axşam
studiyaya qayıtdım. Çəkdiklərimi gözdən keçirib xalqa yayımlamalı idim. Amma
dəhşətə gəldim. Gözlərimə inanmadım. Kameram bütün dərdi, qəmi, kədəri,
yoxsulluğu - sevinc, şənlik, firavanlıq formasında çəkmişdi. Gözümlə
gördüklərim başqa, lentdə olanlarsa bam-başqa idi. Lenti nə qədər o yana - bu
yana çevrdimsə kefdən - damağdan başqa bir şey göstərmədi. Beləcə on dəfələrlə
"dənədim" amma olmadı ki, olmadı. Gördüyümü çəkmədi Kameram. Bütün
bunlardan sonra anladım ki, günahkar "onlar" deyilmiş sən demə,
günahkar "kameralar"imiş.
Salam qardashim. yaz qelemine bereket versin uca rebbim yaz ki, ureyimize batan tikanlari bir bir cixarasan. o urekler ki, ekseriyyetinin damarlarindan Imam Huseyn qani axir. Eger Sabir yatanlari oyatmaga razi deyildirse yaz ki men raziyam yatanlari oyadasan. Eger Fizuli rushvetden sikayet edirdise biz rushvetle yanashi, monarxiya ve sair vehshiliklerden ve fesadlardan sikayet edirik.
EMIL KAZIMOV
28-02-2010, 13:20:12
CAN QARDASH. HERDENOTURUB DUNENKI TARIXI VEREQLEYIB KECMISHDE YAXSHI KISHI OLMAQIMIZI YAZMAQ LAZIMDIR.ALLAH RAZI OLSUN KI CINGIZ KIMI QEHRAMANLARI BIR DAHA XALQIN YADINA SALDIN.HEC OLMAYA BELKE ONLARDAN UTANIB BELKE BIR SHEY EDE BILDIK.INSHALLAH OPUREM YAZAN ELLERINDEN.
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"