(Xocalı faciəsinin 18-ci il dönümünə həsr olunur!)
Allah sənə rəhmət eləsin ay kişi! Üzeyir Hacıbəyovu deyirəm. Bir neçə
gün əvvəl bəlkə də yüzüncü dəfə idi ki, o "Şuşalı" dahinin yaratdığı "O
olmasın, bu olsun!" operettası əsasında çəkilmiş musiqili komediya
filminə baxırdım. "Allah sənə rəhmət eləsin!" - dedim. Necə də gözəl,
hər şeyi yerli yerində qeyd eləmisən!
Məşədinin əlindən pulu gedib. Onun halalca nişanlısı Gülnazın isə
ikinci bir adaxlısı peyda olub. Bu o deməkdir ki, Məşədi təcavüzə
uğrayıb. Bu təcavüzdən qurtulmağa isə acizdir. Avara-heyran qalıb.
Başına döyüb-ağlayır. Bunu hiss edən "qurdlar" kəsdirirlər Məşədinin
başının üstünü. Məşədinin çarəsiz qalıb onlardan kömək istəyəcəyinə
əmindirlər. Həsənqulu bəy "Məşədi, istəyirsən bu məsləni mən düzəldim" - deyir. Məşədi razılaşır. Həsənqulu bəy "Onda Məşədi, bir 500 manat
ver, çünki bu işin bir balaca xərci var!" -deyib Məşədidən 500 manat
qoparır. Sonra Məşədi ətrafda dolaşan qəzetçi Rza bəydən kömək istəyib,
ondan bu əhvalatı öz qəzetində işıqlandırmağı xahiş edir. Rza bəy əvvəl
razılaşmasa da pulunu alandan sonra "Həə. Indi bildim nə deyirsən.
Yazaram! Lap Rüstəm bəyin atasını da yazaram!" - deyib uzaqlaşır. Qoçu
Əsgər də həmişə olduğu kimi Məşədinin zəif damarını tutub fürsəti əldən
vermir.
Məşədi olan-qalan pul-parasını paylayır ki, təki bu məsələ həll olsun!
Daha fikirləşmir ki, bütün bu "iş düzəldənlər" sadəcə onun puluna görə
bu gün onun kənarındadırlar. Yoxsa heç onu adam da saymırlar. Heç
fikirləşmir ki, söhbət Məşədinin məsələsini həll etməkdən deyil, söhbət
Məşədini soymaqdan gedir.
Siz Allah, bir baxın! Eyni ilə bizim bu Qarabağ məsələmiz də buna bənzəmirmi?!
Təcavüzə uğramışıq. Torpaqlarımız əlimizdən gedib. Pis vəziyyətdə
qalmışıq. Acizliyimiz hər halımızdan bəlli. Bu zaman misal üçün "...
qurupu" adı altında olan, əslində bizi heç adam yerinə qoymayan bir
sıra qüvvələr alır başımızın üstünü. Axı bizdə "yağlı tikələr"
görürlər. "İstəyirsiz biz bu məsələni həll edək!" - deyirlər. Biz də da
razılaşırıq. Görəsən biz onlar bu məslsəni həll etsinlər deyə nə qədər
xərcləyir, nələrə qatlanır, nələrdən keçirik?! Hər şey göz
qabağındadır. Əvvəllər bu bizə qaranlıq qalsa da, son zamanlar məlum
olur ki, biz bunun üçün ən azı öz kökümüzdən, ata-babamızın yadigarı,
əmanəti olan İslamımızdan keçmişik. Əhalisinin 98 faizi müsəlman olan
Azərbaycanımız kimlərəsə xoş gəlsin deyə İslama təpik belə atır. Özünü
müsəlman kimi təqdim etməkdən qorxur. Bütün islam rənglərini
üz-gözündən təmizləyir. Təki Amerika, Avropa "Sən də bizim balamızsan!" - deyib Qarabağı "doğma" balasından alıb "ögəy" balasına versin! Amma
onlar bunu edəcəkmi bir gün?! Edən bu 18 il ərzində edərdi.
Nə isə.
Arzu edirik ki, Qarabağımızın aqibəti də filmdəki Məşədinin aqibəti kimi bitməsin!
Çünki filmin sonunda Məşədi bunların hamısının bir fırıldaq olduğunu
anlayır. Pul, para, abır, həya hamısı gedib, ortada da bir şey yoxdu
görür. Çarəsiz qalıb "O olmasın, bu olsun!" - deyir. Bir dul arvad
seçib sevimli Gülnazından əl çəkir.
Ümüdvarıq ki, biz bunların hamısının fırıldaq olduğunu anlasaq belə heç
zaman Torpaqlarımızdan əl çəkməyəcək, son nəfəsimizədək onu düşmən
tapdağından azad etmək üçün çalışacağıq! Çünki biz oralarda təkcə
pulu, sərvəti, torpağı deyil, həm də öz bacı-qardaşlarımız,
qoca-cavanlarımız, məsum körpələrimizi itirmişik. Allah hamısına rəhmət
eləsin!
Bismillahir Rehimanir Rehim
Eshq olsun Vetenimizin bele qeyretli oglanlarina.
Kash ki,her bir vetendash oz vetenini senin kimi
Seveydi belke de Azerbaycanimizin bashina bu belalar gelmezdi.Ellerin var olsun qardash
vicdan
27-02-2010, 11:21:40
salam dostum. her gun bizi heyran etmekde davam edirsen.
bunlari nece fikirlashirsen dostum?
senin yazilarini xususi ile izlayirik.
butun dostlarim adindan yaziram bunu.
esirgeme bizden yazilarini, olarmi?
chox yaziriq sharh, amma nedense burada sharhlarimiz qeyd olunmur.
oxudum novbeti yazini da
sadece mat qaldim.
sene uqurlar dostum.
novbeti surprizini gozlayirik.
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"