Yəhya Kərimovun "Əlifba"sını bəyənməyənlər deyəsən sonrakı peşmançılığın faydasız olduğundan xəbərsizdirlər
Qədimdən eşitmişdik ki, təlim-təhsil insanın başını ucaldar. Ancaq, çox
təəssüf ki, bizim yeni "kurrikulum" insanların belini qırır, yəni
skalioz əmələ gətirir. İlk əvvəl bunu qeyd edim ki, kurrikulum müasir
dərs modelidir. Yəhya Kərimovun "Əlifba"sını bəyənməyənlər deyəsən
sonrakı peşmançılığın faydasız olduğundan xəbərsizdirlər. Bəs niyə
peşmançılıq, özüdə sonrakı?!
Skalioz xəstəliyi barəsində yəqin ki eşitmisiz. Wikipedia saytında bu
xəstləlik barəsində yazılıb ki, skalioz - onurğa sütununun əyriliyidir.
Bu xəstəlik əməliyyat olunmadıqda erkən yaşlarda ölümlə nəticələnə
bilər. Skalioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü
daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir.
Yeniyetmə, daha doğrusu həyata, tədris həyatına ilk və kövrək
qədəmlərini atan, A ilə B-ni ayıra bilməyən birinci sinif şagirdinə
birdən-birə az qala özündən də ağır gələcək bir məktəbli ləvazimatı
daşıtdırmaq həqiqətən təhsilimiz ilə yanaşı uşaqlarımızın da belini
qıracaq. Hal-hazırda Azərbaycanda təxminən hər min nəfərdən 10-u
skalioz xəstəliyindən əziyyət çəkir. Sümüklərin deformasiyası vaxtında
əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq
özünü göstərməyə başlayır. Və nəzərə alsaq ki, bu xəstəliyi yaradan
əsas səbəb həddən artıq ağırlıqdır, onda vay bizim balacaların halına.
Əvvəl bir Əlifba kitabı idi, bir də hüsn xətt dəftəri. İndi birinci
sinif şagirdləri 10-a yaxın kitabı özləri ilə gəzdirməyə məcbur
olurlar. Kitab və hər kitabın yanında da heç də qalınlığına görə
kitabdan geri qalmayan iş dəftərləri. Daşı görüm, necə daşıyırsan.
Hələ mən kurrikulumun repititorluğa necə yol açdığından danışmıram.
Kifayət qədər elmi məsələləri özündə cəmləşdirən yeni dərsliklərdəki
məsələlərin həllini bəzən valideynlər belə başa düşə bilmir. O ki,
qaldı adını belə düz deyə bilməyən birinci sinif şagirdi ola. Məhz bu
səbəbdən valideynlər məcbur qalırlar ki, uşaqlarını məktəbdən sonra
əlavə məşğələyə, yəni repititorlara cəlb etsinlər. Əks halda, uğurlu
nəticə gözləmək əbəsdir. Beləcə təhsilimizi repititorluqdan azad etmək
istədiyimiz bir vaxtda, repititorluğu təhsilin lap əvvəlinə
sürükləyirik.
Chox deqiq ve yerinde yazilmish bir meqaledir. Ancaq bir meseleni xanim deyesen unudub, o da mekteblerde mekteb bashlamamishdan yigilan guya ki fond pullaridir. 10 manat, kasibsansa 5 manat. Vermedin, halivi gor