Sentyabrın 30-u axşam saat 21:00-da ANS-in xəbərlər anonsunda oktyabrın
1-dən metroda gediş haqlarının 3 dəfə artırılacağını eşidəndə şoka düşdüm. Tez əyin-başımı
dəyişib metronun "Əzizbəyov" stansiyasına yollandım. Yolda fikirləşirdim
ki, cəhən-nəm, 5 manat ödəyib metro kartına heç olmasa 100 gediş yükləyəcəyəm.
Məlumat üçün qeyd edim ki, əvvəlki qiymətlə maksimum 12 manat ödəyib bir karta
240 gediş yükləmək mümkün idi. Əlqərəz metronun "Əzizbəyov"
stansiyasına çatanda gördüm ki, "sən saydığını say, gör fələk nə
sayır". Belə ki, sözügedən stansiyada metro işçiləri sabah qiymətlərin
artacağını bildirib sərnişinlərin kartına gediş yükləmirdilər. Müftə yolla sərnişinləri
metroya keçirirdilər. Yalnız o sərnişinləri ki, həmin sərnişinlərin met-ro
kartında bir dənə də gediş haqqı qalmamışdı. Bu zaman vəziyyətin nə yerdə
oldu-ğunu başa düşdüm. Etməyib tənbəllik özümü yetirdim "Nərimanov"
stansiyasına. Adıçəkilən stansiyada da analoji vəziyyət höküm sürürdü. Nəhayət,
28 May stansiya-sına gedəsi oldum. Bu stansiyada da bir basa-bas idi ki, gəl
görəsən. Hamı qiymətlə-rin artdığını eşidib maksimum çoxlu gediş yükləmək istəyirdi.
Lakin aparatlar elə qu-rulmuşdu ki, 1 manat ödəyib 20 gedişdən artıq yükləmək
mümkün deyildi. Hətta və-ziyyətin belə olduğunu görən bir çox sərnişinlər 2
manat verib yeni metro kartını alır, 20 gediş yükləyib qabağa düşməyə
çalışırdılar. Əgər əvvəllər 30 gün ərzində metro-dan istifadəyə görə 3 manat ödəyirdimsə,
bundan sonra bu 9 manat olacaq. Əgər əv-vəllər gün ərzində avtobus da daxil
olmaqla işə gedib-gəlməyim 50 qəpiyə başa gəlir-disə, bundan sonra 70 qəpik
olacaq. Yazıq tələbələr, yazıq Sumqayıtdan Bakıya gə-lənlər. Hələ digər aztəminatlı
sosial kateqoriyaya daxil olan insanları demirəm...
Ümumiyyətlə, İlham Əliyev prezident seçiləndən hər şey bahalaşır. Heç
yadımdan çıxmaz, İ.Əliyev 2003-cü ilin oktyabrında prezident seçiləndən sonra
Bakıda daşın-maz əmlak bazarında qiymətlər fantastik sürətlə qalxmağa başladı.
İ.Əliyevin prezi-dentliyi dövründə körpü tikintisi bəhanəsi ilə ucuz nəqliyyat
növü olan, şəhərətrafı kənd və qəsəbələrə işləyən elektrik qatarları
yığışdırıldı. Mərhum Heydər Əliyevin pre-zidentliyi dövründə Bakı şəhərindən
tramvaylar yığışdırıldı. Nəsimi stansiyasının açılı-şı zamanı prezident
İ.Əliyev dolayısı ilə eyham vurdu ki, o, metroda gediş haqlarının artırılmasına
imkan verməyəcək. Bir belə neftdən gələn milyonları yol tikintisi adı al-tında
göyə sovurmaqdansa, məgər dünya dağılardı metronun xərcləri dövlət tərəfin-dən
dotasiya olunsaydı.