Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 İyul

2017
12:17
1007
Yaqub Məmmədov: Rusiya erməni faktorundan imtina etməlidir

Rusiya Cənubi Qafqazda apardığı siyasətin rahat davam etməsi üçün ənənəvi ermənipərəst mövqeyindən və erməni faktorundan imtina etməlidir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, deputat Yaqub Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın maraqlarını nəzərə almadan və ölkəmizlə hesablaşmadan Cənubi Qafqazda uğurlu siyasət aparmaq mümkünsüzdür.

«Bunun üçün xalqımızın qədim mədəniyyəti, ölkənin güclü potensialı, ordusu və iqtisadi gücü zəmin yaradır. Çox istərdik ki, Rusiya Azərbaycanın ərazisi ilə bağlı məsələdə Ermənistanı müdafiə etməkdən əl çəksin», - deyə Məmmədov vurğulayıb.

Tarix İnstitunun direktoru vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı RF-nın Şərq siyasiyətinə müsbət təsir göstərə bilər: «Azərbaycan Rusiyada çox güclü potensiala malikdir. Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada müxtəlif sahələrdə tanınmış alimlər, mütəxəssislər, həkimlər və Azərbaycan ziyalılarının digər tanınmış nümayəndələr çalışırlar».

Məqalədə : Rusiya Azərbaycan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru