Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
14:35
229
Yaponiyanın 66 faizi ABŞ-ı təhdid olaraq görür

Yaponiyada aparılan sorğu ABŞ-ı təhdid kimi görənlərin sayında böyük artım olduğunu ortaya qoyub. FaktXəbər bildirir ki, bu barədə "Japan Times" məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatları təhdid kimi görən vətəndaşların sayı son illərdə 17 faiz artaraq 66 faizə çatıb.

Qeyd edək ki, Yaponiyada əhali Çini də təhdid kimi qəbul edir. Yaponlar ABŞ-la müqayisədə Çindən (69%) cüzi fərqlə çox ehtiyat edirlər.

Mərkəzi Vaşinqtonda yerləşən "Pew Research Center"in apardığı sorğu Birləşmiş Ştatların ənənəvi müttəfiqlərinin son illərdə onu təhdid kimi görməyə başladığını aşkar edib.
 
Araşdırmaya əsasən, Almaniyada ABŞ-ı təhdid kimi görənlərin sayı 30 faiz artıb, Fransada 29 faiz, Braziliya və Meksikada isə 26 faiz artım qeydə alınıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com