Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Mart

2017
11:14
569
Yaponiya KXDR-in raket zərbəsinə qarşı hazırlığa başlayıb

FaktXəbər-in verdiyi məlumata görə, Yaponiyanın Akita perefekturasında, Honsyu adasının şimalında ilk dəfə olaraq KXDR tərəfindən raket hücumları üçün mülki müdafiə təlimi keçirilib. Bu barədə "TASS" agentliyi məlumat yayıb.
 
Təlimlərin əsas məqsədi əhalinin ən qısa zamanda evakuasiyasını təşkil etməkdir. Təlimin ssenarisində nəzərdə tutulub ki, Yaponiya Silahlı Qüvvələri şərti düşmənin ballistik raketlərin buraxılışını qeydə aldıqdan sonra perefekturada əhalinin evakuasiyası yüksək səviyyədə və qısa zaman kəsiyində təmin olunsun.

Təlimlər keçirilən zaman Akita perefekturasındakı sakinlərə telefon vasitəsilə sms göndərilib və onların əmr verildiyi vaxt zirzəmilərdə gizlənməsi prosesi məşq edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru