Tarix:03-11-2016 10:05
Yanlış protokolla üzləşən sürücü nə etməlidir?
Şərh yaz
Bugünlərdə redaksiyamıza sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlər daha çox DYP protokollarında yol verilən qüsurlarla bağlıdır. Belə ki, sürücülər onlara gələn protokolları incələmək üçün müvafiq sayta müraciət edir, orda şəxsə özəl kabinet yaradır və protokolları araşdırırlar. Məlum olur ki, bir çox hallarda seriyası fərqli olan, amma rəqəmləri eyni olan nömrə nişanlı, fərqli markalı maşınların yol verdiyi pozuntular bir-birinin adına yazılır. Protokola diqqət edirsən: nömrə eynidir, amma maşının markası da, rəngi də fərqlidir. 
 
Bugünlərdə  bir-birinin ardınca bir neçə protokol xətasının zərərçəkəni olub. Ələsgər bəyə yazılan protokollardan bir neçəsində sürət həddinin aşılması göstərilsə də, onun hərəkət etdiyi zolaq üzrə müəyyənləşdirilən maksimim sürət həddini aşmadığı görünür. 
 
Buna baxmayaraq, sürət həddinin aşılması ilə bağlı protokol qeydə alınıb. Bundan başqa, fərqli markalı, amma rəqəmləri eyni olan nömrə nişanlı maşının yol verdiyi pozuntu da onun adına aktlaşdırılıb. Bu və bunun kimi yol verilən bəzi protokol xətaları isə birbaşa sürücü hüquqlarının tapdanmasına aiddir. (musavat.com)
 
Ümumilikdə isə maraqlıdır; bu kimi xətalı protokolların taleyi necə olur? Belə xətalar sürücünün cibinə girmək, onun  hüquqlarını pozmaq sayılmırmı? 
 
Maraqlıdır ki, bəzən yol polisləri pozuntu sayılmayacaq, dərhal yoluna qoyulan xətaları belə aktlaşdırmaqdan çəkinmirlər. Şahidi olduğumuz bir hadisədə olduğu kimi: sürücü son günlər yağan yağışların və palçıqlı yolların nəticəsində nömrə yeri palçıq olduğu üçün yol polisinin iradı ilə üzləşmişdi. “Dərhal həll edərəm” deyən sürücü əlindəki əski ilə nömrə yerini silməyə cəhd etsə də, yol polisi buna mane oldu və fotonu çəkərək, bunu aktlaşdırdı. Təbii ki, bu məqamda yol polisinin etdiyi həm də yazılan hər protokola görə müəyyən faiz həcmində gəlir əldə etməsindən qaynaqlanır. Amma bunun bir orta yolu yoxdurmu? Bir çox hallarda sürücülərin hüquq pozuntuları ilə nəticələnən bu kimi situasiyalarda necə davranmaq lazımdır? 
 
Image result for yağışlı havada maşınların
 
Dövlət Yol Polisinin (DYP)  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, xətalar təkcə polislər tərəfindən törədilmir. Bir çox hallarda əməkdaşlar yanlışlığa yol verirsə, bəzən də texniki xəta baş verir. Müsahibimizin sözlərinə görə, dövlət qeydiyyat nişanından hansısa hərfin, rəqəmin yanlış qeydə alınması yanlış protokollaşdırma ilə nəticələnir: “İldə 2.5 milyon protokol tərtib olunursa, bunun 25-də xətaya yol verilməsi mümkündür. Bu, ola bilər və dünyanın hər yerində belə hallar mövcuddur. Həyatda mümkün olan xətadır. Bu xətaların qarşısının alınması üçün vətəndaş müraciət edə bilər. Bu halda da həmin xəta dərhal aradan qaldırılır. Texniki məsələlərin işləyib-işləməməsini bilmək üçün gərək müraciət edilsin. Müraciət olanda onunla bağlı araşdırma aparılır. Müəyyənləşdirilir ki, çatışmazlıq nədən ibarətdir. İnsan faktoru var, ya texnikada problem özünü göstərir. Belə hallar müəyyənləşəndə aradan qaldırılır. İnsan faktı varsa, yol polisi əməkdaşı tənbeh olunur, ona diqqətli olması ilə bağlı tövsiyələr verilir”. 
 
Image result for kamran əliyev
 
Müsahibimiz dedi ki, yol polisi əməkdaşları qarşısında daha çox protokol yazmaları ilə bağlı hər hansı öhdəlik yoxdur. Sadəcə, yol verilmiş yol hərəkət qaydaları pozuntularına qarşı diqqətli olmaları ilə bağlı tələb var: “Hansısa əməkdaşın xidməti ərazisində nəqliyyat hadisələrinin sayı bir qədər artıqdırsa, qayda pozuntuları çoxdur. O əməkdaşlardan tələb olunur ki, ərazidə maksimum həssas və tələbkar olsunlar. O ərazidə sürücülər qaydaları pozursa, yol-hərəkət qaydaları çoxdursa, inspektordan  bu hadisələrə nəzarət etməsi, prinsipial mövqe tutması, xətaya görə protokollaşdırma aparması tələb olunur”. 
 
K.Əliyev dedi ki, qayda pozuntusu olan yerdə yol polisindən buna göz yummasını tələb etmək olmaz. Müsahibimizin dediyinə görə, yol polisi əməkdaşının protokollaşdırdığı aktlara görə gəlir əldə etməsi də təbii və qanunidir: “Hər cərimənin 25 faizi məbləğində vəsait o əməkdaşın əmək haqqına əlavə edilir. Bu, qanunidir və yol polisinə buna görə irad bildirmək olmaz” .
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Yanlış - protokolla - üzləşən - sürücü - - etməlidir? -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:03-11-2016 10:05 - Oxundu: 963
Münasibət
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?
07-02-2017 15:31 Manatın bu qədər ucuzlaşması sahibkarlar üçün problem yaradacaq
07-02-2017 15:00 YAP-çı deputatdan Jirinovskiyə cavab: Bu, Rusiyanın mövqeyi deyil
07-02-2017 13:00 Dollara tələbi necə dəyişək?
07-02-2017 11:59 "İntihar kabusu": Doğmalıq, qohumluq kimi dəyərlər itməyə doğru gedir
07-02-2017 09:32 Ekspert ölkəmizi təhdid edən terrorçulardan danışdı...
07-02-2017 09:13 İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?
06-02-2017 14:15 Bir fotoyla məşhurlaşan müəllim - "Mənə şər atırlar"

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az