Yalan danışan nazir istefa verməyə məcbur qaldı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
09:43
1524
Yalan danışan nazir istefa verməyə məcbur qaldı

Niderlandın XİN rəhbəri Halbe Zeylstra Rusiya prezidenti Vladimir Putinlə 2006-cı ildə baş tutan görüş barədə yalan danşdığı üçün istefa verib. FaktXəbər-in verdiyi məlumata görə, nazir istefa qərarı barədə dünən axşam milli parlamentdə debatlar zamanı danışıb.

Halbe Zeylstra öz hərəkətini siyasi karyerasının ən böyük səhvi adlandırıb və qeyd edib ki, Niderland xarici işlər naziri ona tam etibar edəcək şəxs olmalıdır.
 
Qeyd edək ki, sabiq nazir "Volkskrant" qəzetinə müsahibəsi zamanı 2006-cı ildə Vladimir Putinin bağ evinə getməsi barədə yalan danışdığını açıqlayıb. O, iddia edirdi ki, görüşdə prezident Rusiyanın digər dövlətlərə iddia irəli sürmüşdü.

Müsahibə zamanı nazir Putinin Belorusiyanı, Ukraynanı, Baltikyanı ölkələri və Qazaxstanı «Böyük Rusiya»nın hissəsi adlandırdığını özünün şəxsən eşitmədiyini vurğulayıb. Zeylster  bildirib ki, bu sözləri deyərkən orda olan informatoru qorumaq üçün yalan yolunu seçib.

Məqalədə : Niderland 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 00:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com