Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Mart

2017
21:27
764
Ya yazılmır, ya da elə yazılır ki, GÖRMƏK OLMUR - VİDEO

Əvvəllər məhsul alarkən çox insan onun üzərindəki istehsal və son istifadə tarixinə baxmazdı. İndi isə əksinə insanlar məhsulun yararlılıq müddətinə baxmamış heç nəyi almır. Amma təəssüf ki, bəzi şirkətlər istehsal etdiyi məhsulun üzərinə ya istehsal tarixi və saxlanma müddəti haqda məlumati qeyd etmir, yaxud da bu məlumat elə yazılır ki, heç oxumaq da olmur. Belə şirkətlərə qarşı hansı cəzalar nəzərdə tutulur, indi öyrənəcəksiniz.

Heç bir rəqəmə oxşamır, bilmirsən ki, neçədir. Burda isə rəqəmlər elə solğundur ki, heç oxumaq olmur. Bu məhsulda isə istehsal tarıxı var, amma son istəfadə müddəti yazılmayıb.

Bir çox məhsulların üzərində yararlılıq tarixi haqda məlumatlar elə qeyd olunur ki, onları oxumaq mümkün deyil. Bəzi məhsullarda isə istehsal tarıxı haqda ümumiyyətlə məlumat yoxdur.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən "Xəzər Xəbər”ə həmçinin bildirdilər ki, yararlılıq istehsal və son istifadə tarıxı haqda məlumatların yerləşdirilməsinin də standartları var.

Məlumatların belə yerləşdirilməsi müştərinin məhsul haqda məlumat almaq hüququnun pozulmas deməkdir və İnzibatı Xətalar Məcəlləsinin 453-cü maddəsinə görə istehsalçını 200 manata qədər cərimə gözləyir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru