Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

16 Sentyabr

2018
11:25
4944
Xudata gedən avtobus niyə Xaçmaza kimi işləyir? - FOTO

Bakı avtovağzalından yenə şikayət var. Bakıdan Xudata getmək üçün çıxan avtobus Xaçmaza kimi gedir. Səbəb isə odur ki, hamı bilet alır. Biletin qiyməti 4.40 AZN-dir. Avtobus sürücüləri isə 5 AZN-dən yığmaq istəyirlər. 

Bu barədə FaktXəbər-ə şikayət edən sərnişinlər bildirirlər ki, səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalından çıxaraq böyük avtobusla Xudata gələndə bilet aldıqları üçün onları Xaçmaz avtovağzalında düşürüblər və balaca avtobusa mindiriblər. Burada isə avtobusda 2 yer boş olduğu üçün uzun müddət gözləməli olublar: “Düzdür, avtovağzalda geyimli nəzarətçilər var, amma diqqət edən yoxdur. Özləri üçün zarafatlaşa-zarafatlaşa gəzirlər. Bakı avtovağzalında da bir uşaqlı xanım yaxınlaşıb bilet istəyir, bilet vermirlər ki, Xaçmaza avtobus günortadan sonra olacaq. Xudata gedən avtobusa Xaçmaza kimi bilet satmırlar. Səbəb isə odur ki, Xaçmaza bilet 3.80 AZN-dir. Xaçmaz avtovağzalında isə ümumiyyətlə dərəbəylikdir. Kassa bilet satmır.”

Sərnişinlər həmçinin bildirirlər ki, Bakı avtovağzalında da eskalatorlar işləmir. Qoca, qadın, uşaq avtovağzala düşmək üçün çox əziyyət çəkirlər.

Məsələni diqqətdə saxlayaraq Bakı avtovağzalından münasibət öyrənməyə çalışacağıq.

Məqalədə : avtovağzal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada raket zavodu yanır - VİDEO

26

Aprel
18:19
DÜNYA
123

Aqrar sığorta üçün məbləğ açıqlanıb

26

Aprel
16:15
İQTİSADİYYAT
53

Azərbaycan polimer pula keçməyi planlaşdırır

26

Aprel
15:36
İQTİSADİYYAT
95
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 19:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru