Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
15:39
Çıxışsız piyada keçidləri - VİDEO

Bakı şəhəri Azərbaycanda əhalinin ən çox məskunlaşdığı yaşayış məntəqəsidir. Buna görə nəqliyyat sıxlığı da qaçınılmazdır. Son zamanlar nəqliyyat sıxlığının aradan qaldırılması və piyadalarının hərəkətinin asanlaşdırılması üçün müəyyən tədbirlər həyata keçirilsə də, bəzən yol hərəkətinin düzgün təşkil edilməməsi əlavə problem yaradır.

FaktXəbər-in məlumatına görə, paytaxt Bakının 3-cü mikrorayon dairəsi adlanan ərazisində nəqliyyatın nizamlı hərəkəti üçün son zamanlar müəyyən dəyişikliklər edilib. Amma nədənsə bu işləri icra edənlər işlərini bitirdikdən sonra kənardan öz gördükləri işə diqqət etməyiblər.

Piyadaların keçidi üçün əvvəlcə zolaqlar çəkilib. Sonra isə yol kənarına dəmir arakəsmə quraşdırılıb. Piyadalar yolu keçərkən əvvəlcə həmin dəmir arakəsmələrlə qarşılaşır, sonra isə səkiyə çıxmaq üçün bir qədər dövrə vurmalı olurlar.

Həmin görüntüləri təqdim edirik:

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : piyada keçidi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 07:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com