Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Yanvar

2017
20:52
593
Xüsusi Komissiya yaradıldı - Şamaxıda çökən yola görə

Dekabrın 6-da çökmə baş verən Şamaxı-Qızmeydan avtomobil yolunun tam bərpası ilə bağlı komissiya yaradılıb.

Bu barədə FaktXəbər-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yaradılan komissiya əraziyə baxış keçirib:

"Sürüşmənin nədən baş verdiyi, hansı qabaqlayıcı tədbirlərin görülməsi aydınlaşdırılıb. Bununla bağlı komissiya tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Hazırda məsələ diqqətdə saxlanılır. Orda sürüşmənin qarşısını almaq üçün mühəndis qurğular inşa edilməlidir. Çalışacağıq ki, tez bir zamanda ərazidə bu istiqamətdə işlərə başlayaq".

A.Nəcəfli bildirib ki, hazırda ərazidə avtomobillərin normal hərəkəti üçün heç bir çətinlik müşahidə olunmur.

Xatırladaq ki, dekabrın 6-da baş verən sürüşmə nəticəsində adıçəkilən yolun 10 metrdən artıq hissəsi çökmüşdü. Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirmişdi.

Məqalədə : Şamaxı yol çökmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru