Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2021
16:00
Xəstəxanaya belə gəlməyən şəxslərə COVİD-19 pasportu verdilər - VİDEO

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilməsi həyata keçirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Qeyd edilib ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən  paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar  qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. 

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovanın yaşadığı evdən və  R.Əliyevanın əl çantasından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib. 

Həmçinin R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
395

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
242

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
447

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
353

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
387

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
312
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 09:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru