Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2017
21:33
720
Xəstələrin də hüquqları müdafiə olunacaq

"Azərbaycanda "Pasiyentlərin hüquqlarının qorunması haqqında" yeni qanun layihəsi hazırlana bilər".

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: "Pasiyentlərin hüquqlarının qorunması haqqında" qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik".

Millət vəkili əlavə edib ki, "Psixoloji yardım haqqında" qanun layihəsi artıq bütün müvafiq qurumlarla razılaşdırılıb:

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi ilə bağlı məsələlər də həllini tapıb. Hər iki qanun layihəsi bu il Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarıla bilər". (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2018 20:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status