Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
16:23
“Şəxsiyyət vəsiqəsinə millət yazılması artıqdır”
Fərhad Mehdiyev: Bilsəm ki, dövlət qulluğunda azərbaycanlılara qarşı ayrı-seçkilik var...

Seçki məcəlləsində edilən dəyişikliklərdən sonra “milliyyət” sözü “etnik mənsubiyyət”lə əvəzlənib. 

FaktXəbər olaraq bu dəyişikliyin hansı önəm daşıdığı və gələcəkdə bu dəyişikliyin şəxsiyyət vəsiqəsində də öz əksini tapa biləcəyi ehtimalını öyrənmək üçün Dövlət hüququ üzrə doktor Fərhad Mehdiyevə müraciət etdik.

F.Mehdiyev bildirdi ki, buna dair birbaşa konvensiyada heç bir müddəa yoxdur: «Konvensiyalarda əsasən tətbiq edilən iki müddəa var: Birincisi ayrı-seçkiliyin qadağan olunmasıdır. Yəni bir dövlət kiməsə mənsubiyyətinə görə münasibət göstərməməlidir. Bu səbəbdən sənədlərdə etnik mənsubiyyətin qeyd olunmaması müdafiə olunur. Çünki bu, onlara qarşı müəyyən formada ayrı-seçkiliyə gətirib çıxardar. Bir də bunun tam əks görüşü var. Məsələn, Avropa Şurasının mili azlıqların qorunması haqqında çərçivə konvensiyası var. Yaxud Avropa İnsan Haqları Kovensiyasının şəxsi həyata toxunulmazlığına aid maddəsi var. Bəzi insanlar onların digər millətin nümayəndəsi kimi deyil, öz millətinin nümayəndəsi kimi göstərilməsini, digərləri din baxımından mənsubiyyətinin görünməsini istəyir». 

Hüquqşünas dövlətdə əsas etnik deyil, siyasi milliyyətin olduğunu vurğuladı: «Siyasi milliyyətlə vətəndaşlıq məhfumu qarşıya çıxır, orda insanın hansı etnik qrupa aid olması əhəmiyyət kəsb eləmir. Dövlətlərin getdikcə qloballaşmasını nəzərə alsaq, orada müəyyən bir etnik qrupu üzə çıxarmaq düzgün deyil. Amma bu , hansı dövlətlərdə problem yarada bilər? Tutaq ki, mən azərbaycanlıyam, Rusiyada yaşayıram. Orda belə bir bənd var - milliyyət. Orda mən milliyyətimin rus kimi yazılmasını istəməyə də bilərəm, istəməyə də. Bilsəm ki, dövlət qulluğuna daxil olmaqda azərbaycanlılara qarşı ayrı-seçkilik var və ya tipimdən ruslara oxşayıramsa (göy göz, sarışın və sair)  heç bir problemlə üzləşməyim deyə “rus” yazılmasını istəyə bilərəm. Yaxud əksinə, bəlkə qüruruma toxunur, mən başqa millət kimi təqdim olunmaq istəmirəm… Ona görə də milliyyət sözünün yazılması düzgün deyil. Fransız inqilabından bu yana fransızlarda milliyyət anlayış etnik deyil, siyasi milliyyətdir. Vətəndaşlıq da eyni mənaya gəlib çıxır. Amma bunu bəziləri başqa cür mənimsəyirlər».

Şəxsiyyət vəsiqəsində vətəndaşlıq yazmağa gəldikdə isə hüquqşünas bunun mənasız olduğunu dedi: «Şəxsiyyət vəsiqəsi, ancaq Azərbaycan vətəndaşlarına verilir, başqa ölkənin vətəndaşına verilmir ki… Burda ayrıca milliyyət sözünün yazılması məncə şərt deyil».  

«Dediyim kimi, bu ölkənin siyasi şəraitindən, mili azlıqlara verilən şəraitdən və sair parametrlərdən asılıdır. Düşünürəm ki, millət yazılması artıqdır. Vətəndaşlıq yazılsa kifayətdir», - deyə politoloq sözlərini bitirdi.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.  Dəyişikliyə əsasən 3-cü maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilməsi tələb olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com