Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 Aprel

2017
11:59
2129
Xristian aləmi Pasxa bayramını qeyd edir

Bu gün xristian dünyasında Pasxa bayramı qeyd edilir. Pasxa bayramı öncəsi "Müqəddəs cümə" kimi qeyd edilən gündə, Romadakı tarixi amfiteatr Kolezeyin qarşısında "Xaç yolu ayini" keçirilib.

FaktXəbər-in məlumatına görə, Roma Papası idarə etdiyi ayinin son hissəsində çıxış edərək, "gündəlik həyatımızın birgə parçası halına gələn dağıntılar, təxribatlar, iflasa məruz qalmışlar üçün xəcalət çəkirik. İnanclarına, dərilərinin rənginə və ya etnik və sosial mənsubiyyətlərinə görə zülm görən qadın, uşaq, qaçqın, bütün məsumların hər gün qanının tökülməsindən xəcalət çəkirik" söyləyib.

Papa Katolik kilsəsi daxilində baş verən başda pedofiliya olmaqla bəzi qalmaqallara da toxunub. 

"Biz yepiskoplar, keşişlər, müqəddəsləşmişlər etdiklərimizlə qalmaqallara səbəb olmuşuq. Səni və kilsəni yaraladığımız üçün xəcalət çəkirik. Ədalətsizliklərə qarşı səssiz qaldığımız üçün xəcalət çəkirik", - deyən Papa, yaxşılığın qabarıq şəkildə iflasa uğramasına baxmayaraq qalib gələcəyinə ümidli olduqlarını vurğulayıb.

Sıx təhlükəsizlik tədbiri altında Pasxa ritualında minlərlə vətəndaş iştirak edib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 14:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru