Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
15:14
156
Xocavənddə 2 tank əleyhinə mina tapılıb - FOTO

Xocavənd rayonunda 2 ədəd tank əleyhinə TM-57 minası aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) FaktXəbər-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Ağburun adlanan ərazidə 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə TM-57 minası aşkar olunub. Aşkar olunmuş minaların üzərində partladıcısı olduğuna görə, 2019-cu il 16 may tarixində yerində zərərsizləşdirilib.

Minaların ətrafında 210 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
23

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru