Tarix:23-02-2017 10:19
XİN Xocalı soyqırımını ilə əlaqədar bəyanat yayıb
Şərh yaz
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: "26 fevral 2017-ci il tarixində Xocalı Soyqırımının 25-ci ildönümü tamam olur. 1991-ci ilin oktyabr ayından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınmışdı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün, Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.
 
Ermənistan silahlı qüvvələri tərəfindən sakinlərin kütləvi öldürülməsi, dərilərinin soyulması, başlarının kəsilməsi, hamilə qadınların süngülərə keçirilməsi və cansız bədənlərin eybəcər hala salınması Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidləri tərəfindən əsaslı şəkildə sənədləşdirilib.
 
Öz müqəssirliyini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və hazırkı prezidenti Serj Sarqsyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh. 172)).
 
Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.
 
Azərbaycan Respublikasına qarşı davam edən təcavüzün fonunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının Ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
 
Dövlət kimi Ermənistan Respublikasının məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququna əsasən silahlı münaqişənin gedişində, eləcə də Xocalıda törədilmiş bu kimi əməllər beynəlxalq cinayət hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.
 
22 aprel 2010-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlibdir.
 
15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
 
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və insanlıq əleyhinə cinayət hərəkətlərinə münasibətdə həqiqət və ədalətin bərpasına dair həmrəyliyini yüksək qiymətləndirir.
 
Xocalı Soyqırımı öz hüquqi qiymətini almalıdır. Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, həmçinin mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcəkdir.
 
Xocalı Soyqırımının 25-ci ildönümünü anaraq, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən Xocalıda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri və soyqırım aktını pisləməyə və tanımağa çağırır".
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
XİN - Xocalı - soyqırımını - ilə - əlaqədar - bəyanat - yayıb -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:23-02-2017 10:19 - Oxundu: 144
Siyasət
21-03-2017 12:23 Rusiyalı diplomatlar Aleksandr Lapşinlə həbsxanada görüşüblər
18-03-2017 15:02 "Ermənistan nə qədər tez anlasa, onlar üçün də o qədər yaxşı olacaq"
17-03-2017 22:39 Milli Məclis hökumətin hesabatını qəbul edib
17-03-2017 12:30 Baş nazir: "Beynəlxalq Bankın keçmiş rəhbəri Azərbaycanı daha pis vəziyyətə salıb"
16-03-2017 10:56 "Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”
15-03-2017 15:40 "Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır"
15-03-2017 09:06 Azərbaycan və Fransa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14-03-2017 16:32 İlham Əliyevin Fransaya rəsmi səfəri başlayıb
14-03-2017 12:20 Rusiya Qarabağ münaqişəsində ehtiyatlı mövqe tutur - Maksim Şevçenko
14-03-2017 11:57 Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək
14-03-2017 10:57 Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq
14-03-2017 10:41 "Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi..."
13-03-2017 15:37 "Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək"
13-03-2017 14:00 Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb
11-03-2017 10:33 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
10-03-2017 21:29 Türkiyə-Rusiya-Azərbaycan ittifaqının yaradılması müzakirə olunub
10-03-2017 20:59 AİP Baş Məclisinin növbəti iclası keçirilib - VİDEO
10-03-2017 13:20 MM-də təklif: Sosial şəbəkələrdə şərh yazmaq şəxsiyyət vəsiqəsi ilə olsun
10-03-2017 10:29 Polşanın baş naziri Avropa Birliyinə qarşı çıxdı
09-03-2017 11:30 AŞPA-nın münaqişələr üzrə alt komitəsinin sədri seçilib
07-03-2017 16:17 Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlanıb
07-03-2017 15:55 Azərbaycanın xarici işlər naziri: "Ermənistanla danışıqlar dayanıb"
07-03-2017 14:45 Elmar Məmmədyarov Dmitri Roqozinlə görüşüb
07-03-2017 13:51 Zahid Oruc Ombudsmanın məruzəsini "SOVET ÜSLUBU" adlandırdı
07-03-2017 13:59 Mehriban Əliyeva Milli Məclisdə çıxış edib
06-03-2017 16:47 Bu erməni Bakıda şirkət açıb pul qazanmaq istəyir
06-03-2017 15:50 Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib
06-03-2017 15:10 Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıdır
06-03-2017 14:53 Azərbaycan və Rusiya arasında yeni saziş imzalanıb
06-03-2017 12:55 "Mehman Hüseynovun cinayəti tam təsdiqini tapıb" - ƏLİ HƏSƏNOV
06-03-2017 12:11 İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavinini qəbul edib
06-03-2017 08:37 Azərbaycan Prezidenti İranada rəsmi səfərdə olub
03-03-2017 10:51 Avropa İttifaqının səfiri cəbhədə baş verənlərə münasibət bildirib
02-03-2017 10:14 “Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq”
01-03-2017 22:11 “Ermənistan qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır”
01-03-2017 16:43 İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun toplantısı keçirilib
01-03-2017 15:18 "Siyasi partiyalar haqqında" qanun dəyişir - ONLAR ÜZV OLA BİLMƏYƏCƏK
28-02-2017 14:31 Azərbaycan prezidenti Pakistana səfər edib
28-02-2017 11:22 MSK-ya cəmi 4 partiya maliyyə hesabatını təqdim edib - SİYAHI
27-02-2017 16:33 Əfv Komissiyası sabah yenidən toplanacaq
27-02-2017 14:24 Azərbaycan-Qətər sənədləri imzalanıb
25-02-2017 16:52 Nazir: "Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb"
24-02-2017 14:52 İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb
24-02-2017 14:13 Zeynəb Xanlarovadan döyüş çağırışı: Gəlin müharibə edək...
24-02-2017 14:10 Elmar Məmmədyarov mart ayında Rusiyaya səfər edəcək
24-02-2017 11:35 Azərbaycan və İran tranzit xərclərinin endirilməsinə dair razılığa gəlib
24-02-2017 10:06 Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama
23-02-2017 21:26 “Qaçqın” statusu verilməsi ilə bağlı qaydaya dəyişikliklər olundu
23-02-2017 11:22 Avtomobili olmayan cəbhəçi radara necə düşüb?
23-02-2017 10:34 Gürcüstan prezidenti Azərbaycana gələcək
23-02-2017 10:35 “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı işə başlayıb
23-02-2017 10:19 XİN Xocalı soyqırımını ilə əlaqədar bəyanat yayıb
22-02-2017 20:42 Vasif Talıbov sabah Azərbaycanın vitse-prezidenti elan ediləcək
21-02-2017 20:47 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
21-02-2017 14:36 Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlandı - CƏDVƏL
21-02-2017 14:12 Birinci vitse-prezidentin bu səlahiyyətləri var
21-02-2017 10:43 ABŞ konqresmeni Xocalı soyqırımını pisləyib
21-02-2017 10:10 Nazir: Türkiyə Azərbaycana gömrük güzəştləri təqdim edəcək
20-02-2017 09:48 Eldar Mahmudov qohumunun qisasını necə aldı? - Milyonluq villa əməliyyatı
20-02-2017 09:23 Rusiya və ABŞ Ermənistana təzyiq göstərməlidir - Prezident

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Mayorun maşını Bakı-Sumqayıt şossesində körpüyə çırpıldı - FOTO
23-03-2017 13:57
Səddamı mühakimə edən MKİ agenti illər sonra etiraf etdi
23-03-2017 14:35
Gəncədə tələbə qız pulsuz təhsil üçün atasından imtina edir - VİDEO
23-03-2017 12:48
Votsapda 4 YENİ FUNKSİYA
23-03-2017 13:49
Mayamidə tenis oyunu kərtənkələyə görə dayandırılıb - VİDEO
23-03-2017 11:41
Türk müğənni Atilla Taşın həbsinə səbəb olan sübut mediaya sızdı - FOTO
23-03-2017 16:42
Ağ Evə hasardan daxil olmaq istəyən qadın ayaqqabısından asılı qalıb
23-03-2017 13:03
Ukraynada hərbi anbar yanır, sursatlar partlayır - VİDEO
23-03-2017 11:21
Rusiyanın axtarışa verdiyi keçmiş deputat Ukraynada öldürülüb - FOTO
23-03-2017 15:33
Bayram günlərinin yol-nəqliyyat hadisələri statistikası
23-03-2017 15:05
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az