Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
14:18
917
XİN polşalı jurnalistin adını arzuolunmaz şəxslər siyahısından çıxarıb

Polşa vətəndaşı, “Glob-Press” agentliyinin baş redaktoru Vlodimej Kjijanovski Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-dən verilən məlumata görə, məktubunda Vlodimej Kjijanovski Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəyini qeyd edib.

Polşa Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
43

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
257

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
279

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
83

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
128
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 13:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru