Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

15 Sentyabr

2018
14:22
3227
XİN Bakının azad olunmasının 100 illiyi ilə bağlı bəyanat yayıb

"Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak və bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi qeyd edilir. Bu əlamətdar tarixi hadisənin yüzilliyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Recep Tayyib Erdoğanın birgə iştirakı ilə Bakıda təntənəli tədbirlər, iki qardaş ölkənin silahlı qüvvələrinin birgə keçidləri təşkil olunacaq".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

O xatırladıb ki, I Dünya müharibəsinin çətinliklərinə baxmayaraq, bu gərgin və keşməkşli bir zamanda qardaş türk xalqı paytaxt Bakı və digər şəhər və rayonların işğalçılardan azad edilməsində yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinə dəstək olub: "Erməni daşnak və bolşevik qüvvələrinin işğalı altında Bakı şəhərində və ətraf ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı amansız qətliamlar, o cümlədən 1918-ci ilin martında məlum mart qırğınları törədilmişdi.

Bakının azad edilməsi ilə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi, AXC-nin ərazi bütövlüyünün bərpa edilməsi və Bakı və ətraf rayonlarda yaşayan mülki əhalinin təhlükəsizliyi təmin edildi.

Təəssüflər olsun ki, Ermənistan 1918-1920-ci illərin hadisələrin nəticə çıxarmayaraq, keçən əsrin sonlarından başlayaraq revizionist, destruktiv və işğalçı siyasətini yenidən başlamış və bu gün də bu siyasət davam etməkdədir. 1918-1920-ci illərdə olduğu kimi Ermənistan yürütdüyü bu destruktiv siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddiaları və başladığı müharibəyə görə özünü təcrid vəziyyətindədir.

 

Bu tarixi əlamətdar gündə Qafqaz İslam Ordusunun sıralarında şücaətlə və çiyin-çiyinə döyüşərək paytaxt Bakını və ölkəmizin digər rayonlarını işğalçılardan azad etmiş Azərbaycan və qardaş Türk əsgər və zabitlərinin, şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edir və Allahdan onlara rəhmət diləyirik!".

Məqalədə : Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Məsimli: Kəndlini aldada-aldada gedirlər

26

Aprel
19:44
MÜNASİBƏT
25

Rusiyada raket zavodu yanır - VİDEO

26

Aprel
18:19
DÜNYA
131

Aqrar sığorta üçün məbləğ açıqlanıb

26

Aprel
16:15
İQTİSADİYYAT
54

Azərbaycan polimer pula keçməyi planlaşdırır

26

Aprel
15:36
İQTİSADİYYAT
95
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 19:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru