Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
16:54
XİN: “Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Almaniya hökumətinin Almaniya-Ermənistan münasibətlərinə dair möqeyinə və ABŞ dövlət katibinin köməkçisinin müavini C.Kentin Bakıda mətbuat açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

XİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən açıqlamada bildirilib:

“Almaniya Federativ Respublikası (AFR)  Hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında AFR Hökumətinin Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır. Xatırlatmaq istərdik ki, Almaniya Federal kansleri Angela Merkel ölkəmizə səfəri çərçivəsində eyni mövqeyi səsləndirərək, Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həlli səylərini dəstəklədiklərini vurğuladı.

Həmçinin ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Bakıya səfəri zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyini bir daha təkrar edərək, bu xüsusda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin dəstəkləndiyini bəyan etdi.

Hər iki bəyanat, beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir.

Beynəlxalq ictimaiyyətin bu sonuncu aydın mövqeyi Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi, status-kvo qəbul edilməzdir və dayanıqlı deyil".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 01:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com