Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
08:15
9348
Xarici dili tez bir zamanda necə öyrənək?

Müasir dövrdə xarici dillərə (xüsusən ingilis dilinə) tələbat çoxdur. Kompüteri, planşetı, telefonu olanlar, internetdə hər hansı bir sahədə məluat axtaranlar dil bilməyin əhəmiyyətini daha yaxşı anlayar. 

Ümumiyyətlə, nə qədər çox dil bilsək, o qədər yaxşıdır. Deyirlər, insan neçə dil bilirsə, içində o qədər şəxsiyyət vardır. Dil ünsiyyət vasitəsi olduğu üçün çox dil bilənlər öz fikirlərini daha çox insanlara çatdıra bilər, daha çox ölkələrə daha rahat, özünü qərib hiss etmədən səyahət edə bilər.

Bəs hər hansı bir dili tez bir zamanda öyrənmək üçün nə etmək lazımdır? Əlbəttə, xarici dili həmin dilin “vətənində” öyrənmək daha asandır, lakin bunu öz vətəninizdə də edə bilərsiz. Necə? 

Bu məqalədə məhz bu haqda danışacağam. Dediklərim bütün dillərə aiddir, amma məsləhət görərdim ingilis dilinə tətbiq etməkdən başlayasız, çünki zamanəmizdə bu, ən qlobal dildir desəm, məncə, yanılmaram. Hansı işlə məşğul olsaz və hətta işləməsəz belə, internetlə hər hansı sahədə məlumat əldə etmək istəsəz, bu dil sizin yardımınıza çata bilər. 

İndi isə keçək məsləhətlərə.

1. Dil öyrənməkdə marağın olması mühüm faktordu, çünki insan sevdiyi işin öhdəsindən daha rahat gəlir. Deməli, ilk şərt HƏVƏSLƏ öyrənməkdir.

2. Dili dilin DAŞIYICILARINDAN (o dildə sərbəst danışanlardan) öyrənmək lazımdır. Yəni hətta sözlərin mənasını belə lüğətdən yox, beyində tərcümə etmədən, həmin adamın xarici dildə verdiyi izahlarla, EMOSİYALARLA QAVRAMAQ.

3. TELEFONUN DİLİNİ dəyişib həmin dildə qoymaq. 

4. Xarici dildə FİLMLƏRƏ, verilişlərə, videoçarxlara BAXMAQ. Altyazılı olması hansısa sözü anlamadıqda baxıb öyrənmək üçün yaxşıdır, amma olmasa, daha yaxşı. Çünki fikriniz danışıqda yox, yazıda qala bilər. Həm də alışqanlıq yarana bilər, real həyatda isə altyazılar olmur deyə, danışığı anlamaq o zaman daha çətin olacaq. 

5. Bu dili çox EŞİTMƏK, ona alışmaq, dildə qərq olmaq. Bu dildə edilən danışıqlara, musiqilərə başqa işlə  məşğul olarkən də (ev işləri görərkən yaxud sükan arxasında) qulaq asmaq olar. 

6. Ucadan bu dildə kitab yaxud məqalələr oxumaq. Gündə heç olmasa bir səhifə.

7. Dilin daşıyıçılarını TƏQLİD ETMƏK, onlar kimi tələffüz etməyə çalışmaq. Onların dediklərini TƏKRARLAMAQ.

8. Bu dildə musiqiyə sözlərinin mətnini oxuyaraq, anlayaraq qulaq asmaq. 

9. Alış-veriş (yaxud etməli olduğunuz işlərin) SİYAHISINI öyrəndiyiniz dildə TUTMAQ.

10. Özünüzü TƏZƏ DİL AÇAN UŞAQ kimi təsəvvür edin. Ana dilinizdəki qanunları, tələffüz qaydalarını qoyun kənara. Sıfrdan başlayın.

11. AZDAN başlamaq, özünü yükləməmək, bezdirməmək.

12. Az-az, lakin mütəmadi olaraq, HƏR GÜN dilə vaxt ayırmaq.

13. Ondan İSTİFADƏ etmək. Yaxşı olar dilin daşıyıcılarıyla (dili mükəmməl bilən kəslərlə) danışmaq. Onlara əliniz çatmasa, ətrafınızda sizin səviyyənizdə bilənlərlə də danışmaq heç danışmamaqdan yaxşıdır. Danışıq klublarına yazıla, yaxud özünüz dostlarınızla kiçik “danışıq klubu” yarada bilərsiz.

14. Bu dildə danışmaqdan UTANMAMAQ, komplekslərdən azad olmaq. 

15. Bu dildə DÜŞÜNMƏK. Öz-özünlə bu dildə danışmaq (səhv etsəz də). DANIŞIĞI kameraya, yaxud səs yazıcıya YAZMAQ. Bu, özünə qulaq asıb səhvlərini bilməyə, və yaxud bir müddət sonra müqayisə etməyə, nə dərəcədə irəlilədiyinizi anlamağa kömək edə bilər. 

16. Bu dildə YAZMAQ (məsələn, gününüzü necə keçirdiyiniz haqda, yaxud sosial şəbəkərəldə şərh yazdıqda). 

17. Səhv etməkdən QORXMAMAQ. İnsan yıxıla-yıxıla gəzməyi öyrəndiyi kimi, danışmağı da səhv edə-edə öyrənir. Qramatikada İLİŞİB QALMAYIN. Öz səhvlərinizi özünüzə bağışlayın. 

18. Təkrar biliyin anasıdır. Öyrəndiklərinizi TƏKRARLAYIN. Beyin əzələ kimidir. Daim məşq etdirmək lazımdır.

19. Fikirləri nisbətən izah edə bilmək üçün minimal baza yığılanadək, ilkin mərhələdə günə 3-4 söz öyrənməklə də başlamaq olar. Daha sonra isə SÖZ EHTİYATINIZI AZ-AZ (məsələn, həftədə 2-3 söz) artırmaq.

20. Şablon cümlələri, söz birləşmələrini öyrənmək. Bu, hansısa sözü ayrılıqda öyrənməkdən daha effektivdir.

21. Biliklərinizi artırmaq üçün mümkün qədər MEDİADAN istifadə etmək. 

22. Dil öyrənmək üçün telefonunuza proqramlar da yaza bilərsiz. Məsələn, “Google translate”. 

23. Anlamadığınız və yeni eşitdiyiniz sözləri YAZIN. Bunun üçün ayrıca lüğət tuta bilərsiz. İnsan sözü tələffüz edərək, TƏKRARLAYARAQ YAZDIQDA daha tez yadda saxlayır. 

24. Öyrəndiyiniz yeni sözləri çümlələrdə (heç olmasa fikrinizdə) İŞLƏDİN.

25. Anlamadığınız hər bir şeyi UTANMADAN SORUŞUN. İstər qarşınızdakı müəllim olsun, istər adi həmsöhbət. Çunki bilik bir xəzinədir. Onun açarı isə SUALdır...

Yəqin, siyahını başqa məsləhətlərlə də davam etdirmək olar. Amma duşünürəm ki, təkcə bunlara riayət etsəz də, tez bir zamanda nəticələrini görəcəksiz. 

Bu mövzuda sizin də maraqlı təklifləriniz varsa, şərh bölməsində paylaşa bilərsiz...

Məqalədə : dil kursları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 19:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com