Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
14:10
Xarici vətəndaşların daha çox işlədiyi sahələr açıqlanıb

"Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində çalışan əcnəbi ekspertlər də var: "Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı kvotalar mövcuddur. Kvotalara uyğun olaraq da Azərbaycanda işləmək istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini almaqla onlara iş icazələri verir. Eyni zamanda konkret olaraq iş yerləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid vakansiya bazası mövcuddur. Hazırda həmin vakansiya bazasının elektronlaşdırılması üzərində işlər yekunlaşmaq üzrədir. Biz tezliklə həmin sistemi vətəndaşların və Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin istifadəsinə verəcəyik".(Report)

Məqalədə : Xarici vətəndaşlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43164

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41478

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43047

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42557

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48079

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42586

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42959
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 03:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru