Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
14:34
Xarici dövlətlərin Azərbaycanda olan hərbi attaşeləri toplantı keçirib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.

Toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 31 nümayəndəsi iştirak edib.

Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2019-cu ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.

Qonaqlar bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Xarici dövlət 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 07:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com