Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

30 Dekabr

2016
13:54
822
Xaricdə təhsillə bağlı YENİLİKLƏR

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının ikinci layihəsində nəzərdə tutulan yeniliklər açıqlanıb.

 

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Dövlət Proqramının ikinci layihəsi artıq tərtib olunub və hazırda müzakirəsi gedir. İkinci proqramın məntiqi və fəlsəfəsinin birinci proqramdan seçildiyini deyən nazir qeyd edib ki, burada artıq məqsəd xarici ali təhsil müəssisələrində qısa müddətdə mütəxəssis yetişdirmək deyil, ali təhsil sistemimizin səviyyəsini artırmaq, proqram vasitəsilə beynəlmilləşməsini təmin etməkdir: “Biz bu proqramda iki komponent görürük. Birinci komponent yalnız magistr və PHD səviyyəsində təhsilini davam etdirmək istəyən soydaşlarımıza imkan verməkdir. Bir qayda olaraq, onlar sonradan biznes sahəsində, dövlət qurumunda, özəl sektorda, ali məktəbdə və Azərbaycan Milli Elmlər Akademiyasında işləyə biləcəklər. İkinci komponent isə seçilmiş ali təhsil müəssisələrimizdə ya yeni yaradılan ixtisas sahələrinin ehtiyaclarını ödəmək, ya da mövcud olan, lakin bu gün dünya səviyyəsində olmayan fəaliyyətin təşkil edilməsi üçün professorların gətirilməsidir. Bununla biz universitetlərimizdə tədrisin keyfiyyətinə müsbət təsir etmiş oluruq. Digər tərəfdən bu alətlə proqramdan faydalanan tələbələrin sayını genişləndiririk”.  (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru