Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
09:45
164
WSJ: ABŞ və Türkiyə S-400 ilə əlaqədar fikir ayrılıqlarını aradan qaldıra bilmədi

ABŞ və Türkiyə danışıqlar zamanı Ankaranın Rusiyadan S-400 sistemlərini satın almağı planlaşdırması mövzusunda dalandan çıxa bilmədi.

FaktXəbər-in məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb.

Qəzetin yazdığına görə, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ümid ifadə edib ki, S-400 alışı ilə əlaqədar Amerika tərəfi Ankaraya qarşı sanksiyalar tətbiq etməyəcək.

O qeyd edib ki, S-400-ün satın alınmasına görə ABŞ-ın mümkün məhdudlaşdırıcı tədbirləri əksinə təsir yaradacaq.

Qeyd edə ki, Pentaqon Türkiyənin S-400-dən "şərtsiz" imtina edilməsini tələb edir.

Mart ayının sonunda bir qrup ABŞ senatoru F-35 döyüş təyyarələrinin Türkiyəyə verilməsini qadağan edən qanun layihəsi hazırlayaraq Senata təqdim edib. Amma Ankara hələlik S-400 planından imtina etməyib.

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 müqaviləsinin artıq tamamlandığını deyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : S-400 Türkiyə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru