Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
14:30
1004
Vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib - FOTO

Şamaxı rayonunun Quşçu kəndində baş verən vulkan püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.

Bu barədə açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

O bildirib ki, vulkan püskürən zaman alov qeydə alınmayıb: “Elə də güclü püskürmə olmayıb. Vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb. Vulkanın baş verdiyi ərazini  40-50 metrliyində olan iki yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Yer səthində isə heç bir çat qeydə alınmayıb. Heç bir xəsarət alan olmayıb”.

A.Əliyev qeyd edib ki, “Quşçu” vulkanı sonuncu dəfə 2018-ci ilin yanvar ayında püskürüb: “Son 200 il ərzində “Quşçu” vulkanı 15 dəfə püskürüb”.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürməsi fevralın 13-də saat 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib. Hadisədən sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.(Report)

Məqalədə : vulkan püskürməsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
149

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
132

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1127

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
126

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
670

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
701

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
263
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 20:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru