Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Sentyabr

2017
14:17
1330
Votsapla göndərilən kütləvi mesajlarda məqsəd nədir? – Mütəxəssis rəyi

Mütəmadi olaraq votsap vasitəsilə cəmiyyətə müxtəlif səsli və yazılı mesajlar ötürülür. Bəzən bu ismarıclar insanlar arasında təşvişə səbəb olur. Sonuncu belə mesaj bir neçə gün əvvəl yayılıb və səs yazısında qeyd olunurdu ki, HİV virusuna yoluxmuş Coca-Cola şirkətinin əməkdaşı damarını doğrayaraq, qanı kola hazırlanan çəlləyə töküb. Bəs belə mesajlarda məqsəd nə ola bilər? Bununla ictimai rəy yoxlanılır, yoxsa insanların psixologiyasına təsir etmək istəyirlər? 

FaktXeber.com məsələ ilə əlaqədar psixoloq Azad İsazadədən münasibət öyrənib.

Ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər: “Hansısa qruplar təxribət xarakterli məlumat da yaya bilər, yaxud əksinə, hansısa sevindirci, pozitiv bir xəbəri, hadisəni insanlarla bölüşmək istəyərlər. İstisna etmirəm ki, hansısa sosioloji araşdırmalar da bu formada keçirilə bilər.”

Azad İsazədə bildirdi ki, müasir texnologiyalar əsrində bu cür hallara hansısa qadağalar qoymaq qeyri-realdır, demək olar ki, mümkün deyil: “Mən özüm bu problemi sadəcə ismarıc göndərən şəxsi bloka salmaqla həll edirəm.”

Psixoloq kütləvi şəkildə ismarıc göndərilməsinin hansısa sosial araşdırma da ola biləcəyini istisna etmədiyini vurğuladı: “Bu araşdırmanın sifarişçisi və maliyyələşdirənin kimliyi isə ayrı məsələdir. Yerli, ya xarici xüsusi təşkilatlar, yaxud Elmlər Akademiyası ola bilər. Ancaq bunu araşdırmaq xüsusi orqnaların işidir.” 

Cəmiyyətimiz bu cür mesajlara nə qədər dözümlü olması məsələsinə də toxunan ekspert cəmiyyətə bu cür mesajlara təsir etməyin çox çətin olduğunu bildirdi: “Ancaq ayrı-ayrı fərdlərə mümkündür. Bu iş mütəmadi olaraq kütləvi xarakteri dayşıyanda bu fərdlərin nə vaxtsa birləşərək qrupa çevrilmə təhlükəsi var, onları yerindən oynatmaq və hansısa kütlə yaratmaq mümkündür. Amma ümumiyyətlə bütöv bir cəmiyyətə  belə mesajlarla birdən birə sarsıtmaq, yoldan çıxarmaq çox çətindir.”

Məqalədə : Azad İsazadə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru