Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Mart

2017
13:49
1718
Votsapda 4 YENİ FUNKSİYA

Votsapın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hər kəs üçün aktiv edildi.

Votsapın bir müddətdir yeniliklər etməyə davam etdiyini görürük. Əsasən də hekayələr xüsusiyyəti ilə tənqid alan və bunu əlavə edərkən yazılı status funksiyasını ləğv edən Votsap, həddindən artıq tənqid almışdı. Keçdiyimiz günlərdə "Haqqında" bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir.

İlk olaraq "Haqqında" bölməsinə əlavə edilən və profildə görüləbilən yazılı status seçimini geri gətirən Votsap, həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə şansı da təqdim edir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur.

Bundan başqa iPhone-dakı 3D Touch-a dəstək gətirən Votsap, bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdıracaqkən, qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi.

Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə Votsap funksionallığı biraz daha artarkən bir mesajlaşma tətbiqinin nə qədər inkişaf edə biləcəyini də görürük. (technote)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru