Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

27 Oktyabr

2016
16:41
2811
Övladlarınızı küçədəki təhlükədən qorumaq üçün 10 faydalı məsləhət

«Əgər şübhəli biri ilə rastlaşsan…» Valideynlərin övladlarını təhlükədən qorumaq üçün verdiyi bu tövsiyə nə böyük səhvlərdəndir. FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri  rusiyalı psixoloq Li Şarovanın uşaqları küçədə gözləyən təhlükələrlə bağlı deyib. Onun sözlərinə görə, 2014-2015-ci illər ərzində  o, təhlükəsizliklə bağlı  yüzlərlə treninqlər keçirib, azı 2000-3000 uşaq, caninin necə təsəvvür etdiklərini və təhlükə zamanında nə edəcəkləri bağlı söhbətlər aparıb. Onun gəldiyi nəticələri statistika ilə sizlərin nəzərinizə çatdırırıq.

7-9 yaş arası 10 uşaqdan 9-u valideynlərinin telefon nömrəsini əzbərdən bilmir. Birdən hər hansı bir səbəbdən uşağınız küçədə mobil telefonsuz qalsa, nə edəcək? Bu barədə düşünmüsünüzmü?

Bütün yaşlarda olan uşaqların 20-dən 19-u tanımadıqları «xalanı» yaxınlıqdakı mağazaya qədər ötürə, «qoca əmiyə» maşina kimi kömək edə bilərlər. Qeyd edək ki, ibtidai sinif uşaqlarının 10/10-u «qoca» dedikdə 40 yaşları nəzərdə tuturlar. 

10-14 yaş arası uşaqların təqribən yarısı əmindir ki, küçədə canini dərhal tanıya bilərlər: Onlar qara geyimdə, qorxunc sifətdə, qəribə baxışlı, bic-bic, süni şəkildə gülür, konfetlə aldadır, bomja oxşaya geyimdə olur və sair.

Uşaqların azı yarısı təhlükə anında binanın girişinə «gizlənmək üçün» qaçar.

Bütün uşaqlar hesab edir ki, onlar «tanış böyüyə», o cümlədən  qonşulara, dostlarının valideynlərinə, ümumiyyətlə nə vaxtsa gördükləri insanlara inana  bilərlər.

20 uşaqdan 19-u birmənalı olaraq onların adını bilən istənilən adamla harasa gedə bilər və «kömək edin, mən bu adamı tanımıram» deməkdən utanarlar.

Bu, qorxulu statistikanın ancaq bir hissəsidir.

Bilmək lazımdır ki, əsl cani şübhəli biri deyil. Adətən o, yoldan keçənlər arasında ən güvənilir görünəndir. Bu, səliqəli geyimli, çox nəzakətli

qadın, yaxud qoca kişidir. Bizim əsas vəzifəmiz  uşaqlarımızın başqasına aldanmaması, yad adamların maşınına oturmaması, təhlükə anında özlərini necə aparmalı olduqlarını bilməsi, ən əsası isə valideyn nəzarətindən kənarda onların başına nə gəldiyini danışmasıdır. 

Təhlükəsizliyin QIZIL QAYDALARI

Uşaqları nəyi isə qadağan edəndə ehtiyatla davranmalıyıq. Ona, «başqasından heç nə götürmə» əvəzinə, deməliyik ki, «kimsə səni nəyə isə qonaq edəndə məndən soruş, söz verirsən?»

«İtərsən, sən yalan deyirsən» əvəzinə, «mən sənə inanıram, bu işin öhdəsindən yaxşı gələ bilərsən» deyib, xırda uğurlarını belə alqışlamalıyıq.

Göstəriş və qorxutmaları oyunla əvəz etməliyik. Ən sadə  hadisələri misalla göstərməliyik. Danışmamalıyıq, məhz göstərməliyik:

  • Telefona necə cavab verməli
  • Qapı döyüləndə nə etməli
  • «Yox» sözü necə deyilməli
  • Məktəbdən evə ən təhlükəsiz yolu tapaq
  • Kimsə səni narahat etsə, hara gedərsən?
  • Bu insanlardan hansı sənə şübhəli gəlir, hansı isə əksinə, inam yaradır? Əvvəlcə özümüz misalla göstərir, sonra isə ondan təkrarlamasını istəməliyik.
  • Hər gəzintidə 5 dəqiqə sayıqlığın yoxlanılmasına ayırmalıyıq. 

Nümunə göstəririk: Gözlükdən baxırıq, hətta bir neçə dəqiqəlik çıxsaq belə giriş qapısını açarla bağlayırıq.

Uşağa  telefon nömrəsini, təcili yığma düyməsindən istifadə qaydaları, ev  ünvanı öyrədilməlidir.

Bundan başqa  avtomobilləri müşahidə etməyi öyrədirik: maşın markalarını, nömrələrini yadda saxlamalıyıq. Bundan başqa  küçə adları, yaxınlıqdakı  supermarket və müəssisələr öyrədilir. Bu sadə məşqlər  nəinki diqqəti artırır, həmçinin  ətraf mühiti təhlükəsizlik nöqteyi nəzərindən qiymətləndirməyi öyrədir. 

Böyüklərdən kimə inana biləcəklərini anlatmalyıq. Uşaqlara bildirməliyik ki, yad insanlar onlara toxuna, öpə və sığallaya bilməz. Bu informasiya belə ötürülə bilər: «Hər bir insanın öz çevrəsi var, bura ancaq ən yaxın insanlar girə bilər. Sənin yaxınların – sənin ailəndir».

Uşaqlarla mürəkkəb mövzularda söhbətlər edin. Bir çox valideynlər uşaqları ilə  oğurluq, dələduzluq və xüsusən də cinsi təcavüz barədə  danışmır. Bu böyük səhvdir. Biz bu barədə onlarla nə qədər dürüst olsaq, o qədər onlarınetimadını qazanırıq.

İlk müstəqilliklərini veririk. Nəqliyyatında gəzintilər, dostlarla görüş. Bu bizim üçün ağrılı təcrübə olsa da, uşaqlarımızı müstəqilliyə öyrədərkən onda özünə inam və məsuliyyət də yaradırıq.

Zəif cəhətlərimizi göstəririk. Uşaqla dostluq etmək lazımdır. Dostlar isə həmişə ideal olmur. Övladlarımıza öz məğlubiyyətlərimiz, uğursuzluqlarımızdan,  danışırıq. Onsuz da uşaq bizim güclü və zəif cəhətlərimizi görür. Belə olduqda isə  mürəkkəb yeniyetməlik yaşında ikiniz arasında qarşılıqlı dostlun hisləri yaranır.

Xəbərdarlıq edibsə, uşağı gecikdiyinə görə danlamayın. Qayda-qanun qoyun: əgər vaxtında izn alsan, xəbərdarlıq etsən, çox mümkündür ki, istədiyinə nail olasan. Ancaq aldatsan layiq olduğun sanksiyalarla üzləşəcəksən. 

Əziz valideynlər, biz nə qədər istəsək də, çalışsaq da heç bir zaman uşaqlarımızı təhlükələrdən tam qoruya bilmərik. Ancaq edə bilərik ki, təhlükə anında, onlar nəinki necə davranmalı olduğunu bilsin, həm də bunu heç bir tərəddüd etmədən görməyi bacarsın.

Məqalədə : uşaq təhlükə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru