Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 May

2015
11:39
11662
Övlada nəzarət lazımdırmı? PSİXOLOQ CAVAB VERİR - VİDEO

Son zamanlar baş verən cinayət hadisələrinə diqqət etdikdə görürük ki, faktlar orta məktəb şagirdlərinin iştirakı səviyyəsinə qədər enib. İntihar, evdən qaçma, oğurlanma, hətta bıçaqlanma kimi ağır cinayətləri artıq müşahidə etməkdəyik.

Bir neçə gün bundan öncə bütün ictimaiyyət 58 saylı orta məktəbin 11-ci sinif şagirdi yeniyetmə qız Aytac Babayevanın İzzət Hüseynov tərəfindən qətlə yetirilməsi xəbərindən sarsılmışdı.

Bu hadisənin ən qorxulu məqamı isə ittiham edilən şəxsin gənc bir həyata son qoymasından narahat olmamasıdır. 

Hadisəyə görə, hər kəs haqlı olaraq təbii ki, cinayəti törədən İzzət Hüseynovu qınadı və tənqid etdi. Amma unudulan bir məqam da var idi: yayımlanan videoda Aytac və İzzətin bir-biri ilə çox isti münasibətləri. Videoda Aytacın hansısa evdəvə ya kafedə ad gününün qeyd olunduğu görünür və qızların iştirak etdiyi məclisə İzzət gəlir. O, Aytacla qucaqlaşır və öpüşərək görüşür. Bu onun göstəricisidir ki, sözügedən şəxslər - öldürülən və ölən uzun müddətdir bir-birini tanıyır və ciddi sayılacaq qədər münasibətləri var. Bəs valideynlər? Aytacın valideynləri 11-ci sinifdə oxuyan qızlarının yaxın ətrafı barədə məlumatsızmı olublar?

Məhz bu sual valideynin övlada nəzarətinin hansı həddə olması məsələsini gündəmə gətirir. Psixoloq Narınc Rüstəmovaya FaktXəbər-in ünvanladığı sual da bu yöndədir: Valideyinin övlada nəzarətə hansı həddə və nə vaxta kimi olmalıdır?

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru