Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
11:43
7424
Virus infeksiyalarına yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edildi

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib.

Bunu olaraq Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrində qeyd edilən tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır.

Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb:

“Artıq orta məktəblərdə bu istiqamətdə işlərə başlanılıb. Bu işlərdən biri məktəblərdə filter işinin təşkil olunmasıdır. Filtr işinin mahiyyəti odur ki, xəstə uşaq məktəbdən uzaqlaşdırılmalıdır. Bu iş məktəbdəki tibb işçisinin köməyi ilə təşkil edilir. Qış mövsümündə kəskin respirator infeksiyalara yoluxma ilə bağlı vəziyyət kəskinləşdikdə bu işə sinif rəhbərlərini də cəlb edirik”.

N.Brumendfard qeyd edib ki, şagird sayı çox olan məktəblərdə tibb bacılarının dərs başlamazdan əvvəl məktəbin girişində bütün şagirdlərin sağlamlıq vəziyyətini yoxlaması çətindir: “Ona görə də biz bu işə məktəbin sinif rəhbərlərini də cəlb edirik. Hər gün səhər sinif rəhbəri öz sinfindəki uşaqların sağlamlıq vəziyyətini qiymətləndirməlidir. Uşaq özünü yaxşı hiss etmirsə, asqırır, öskürürsə, valideynə zəng edir və uşaq sinifdən kənarlaşdırılır. Yaxud da şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır”.

Həkim-epidemioloq əlavə edib ki, şəhər, rayon dezinfeksiya stansiyalarına yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.

Yoluxma ocaqları barədə hər ay onlara məlumatların verildiyini deyən RGEM rəsmisi bildirib ki, hazırda məktəblərdə yoluxma halları ilə bağlı narahatlıq olmadığı üçün hələlik dezinfeksiya işlərinə başlanılmayıb.

Məqalədə : Virus infeksiyaları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
454

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
45

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
969

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2797

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2659

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1961

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1276

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1943

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2791

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
92
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 03:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru