Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
15:42
Vilayəti: ABŞ-ı Yaxın Şərqdən çıxmağa məcbur edəcəyik

Rusiyada səfərdə olan İran Ali Liderinin xarici məsələlər üzrə müşaviri Ələ Əkbər Vilayəti Rusiya və İranın ABŞ-ın təhdidləri ilə Suriyadan çıxmayacağını bəyan edib.

FaktXəbər-in "İnterfaks"a istinadən məlumatına görə, "Valday" analitik mərkəzində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, terrorçuları məğlub edənə kimi İran və Rusiya Suriya fəaliyyətlərini davam etdirəcək: "Hesab edirəm ki, biz nu ölkəni (Suriyanı) tərk etsək, həmin terrorçular yenidən regiona qayıdacaqlar. İŞİD terror təşkilatını dəstəkləyən ABŞ koalisiyasının təhdidlərinə baxmayaraq, İran Suriyanı tərk etməyəcək və onlarla danışıqlar aparmayacaq. Biz Suriyanı, ancaq Suriya hökuməti istəyərsə tərk edəcəyik. İranın hərbi mütəxəssisləri Suriya və İraqa həmin ölkənin rəsmi dəvəti ilə gediblər."

"Suriyanın terrorçuların əlində olan ərazisinin 80 faizi İranın yardımı ilə azad edilib. Əgər biz Suriyanı tərk etsək, Rusiya da oranı tərk edəcək. Terrorçuların geri qayıtmaması üçün İran Suriyada mövcudiyyətini dava etdirəcək. Əgər ABŞ da YAxın Şərqi tərk eləməsə, biz onları buna məcbur edəcəyik", - deyə Vilayəti bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran Rusiya Suriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com