Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

05 Noyabr

2016
10:59
1262
Veteran kəşfiyyatçı Dilqəm və Şahbazı azad etmək üçün ilginc yol göstərdi

2014-cü il iyulunda Kəlbəcərdə erməni işğalçı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün dövlət tərəfindən bir çox addımlar atılsa da, görünən odur ki, bütün bunlar yetərli deyil. Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə ailəsinə verilən məktubda da Şahbaz Quliyev Dilqəm Əsgərovun səhhətinin yaxşı olmadığını  bildirib.

Bütün bunlar soydaşlarımızın geri qaytarılması üçün əlavə tədbirlər görülməsini daha da zəruri edir. Bəs, onları azad etmək üçün daha nələr etmək olar.

Qarabağ müharibəsi veteranı, keçmiş kəşfiyyatçı İlham Ağalarov “Yeni Müsavat” qəzetinə  açıqlamasında Dilqəm Əsgərovla Şahbaz Quliyev azad etməyin bir yolunu təklif etdi: “Dilqəm və Şahbazı ancaq ”yağlı" bir erməni ilə dəyişmək olar. Ən yaxşı yol budur. “Yağlı” erməni niyə deyirəm? Mənim xidmət etdiyim dövrdə şəxsi işimdə rəsmi olaraq 9 əsir olub. Özüm 9 əsir gətirmişəm. Onların içində eləsi olub ki, sıravi əsgər olub, iki il qalıb Azərbaycanda, ancaq sahibi çıxmayıb ki, kiminləsə dəyişək. Amma elə əsir olub ki, xalası oğlu polis rəisidir, anası vəzifədədir və elə əsiri tez dəyişmək olur. Onlar orada bizim istədiyimiz adamı tapıb verirdilər, biz də əsiri onlara verirdik. Yəni elə əsir götürmək lazımdır ki, onunla dövlət səviyyəsində maraqlansınlar və onun qarşılığında bizim əsirləri geri versinlər. Bu əməliyyatın keçirilməsi yolları hərbi sirdir və mən onun hamısını aça bilmərəm. Bunu ayrı-ayrı insanlar edə bilməz ki, gedib, məsələn, Moskvada Seyran Ohanyanın bacısı oğlunu girov götürsün, girovları dəyişməklə bağlı ultimatum versin. Bu ancaq məxfi xidmət orqanlarının köməyi ilə ola bilər. Burada həm də maliyyə vəsaiti lazımdır. İkinci tərəfdən operativ məlumatlar lazımdır. Bilirsiniz ki, o “yağlı” ermənilər hər yerdə olmur. Məsələn, Gürcüstanda onları tapmaq olmaz. Onları birinci növbədə Rusiyada, ikincisi isə Fransada və Amerikada tapmaq mümkündür. Onları gətirib Qırmızı körpüdə dəyişməyə ehtiyac yoxdur. Sadəcə, təklif verirsən ki, mənim adamımı gətir, sən də adamını al. Adamını almaq da odur ki, adamın filan yerdədir, get götür".

İlham Ağalarov təcrübəsində bu kimi hallarla üzləşdiyini də vurğuladı: “Müharibə dövründə bizim başımıza belə işlər gəlib. Müharibədən sonra da 1995-1996-cı ildə belə əməliyyatlarımız olub. Lakin bizdə bunlar planlı şəkildə yox təsadüfən olub. Əlimizə erməni düşüb, onu gətirib çıxara bilməmişik onu orada öldürmək istəmişik. O, yalvarıb deyib ki, mənim belə bir qohumum var, sizə kimi istəsəniz tapıb verər, məni öldürməyin. Biz onu gətirmişik bura, adamına zəng eləmişik və bizim də orada əsir olan polislərimizlə, hərbçilərimizin meyiti ilə dəyişmişik. İstər qondarma DQR-in hərbi-siyasi elitası, istərsə də Ermənistanın hərbi siyasi elitasından olan adamlarından bu cür istifadə etmək olar”.

Картинки по запросу fəzail ağamalı

Lakin deputat Fəzail Ağamalı bu kimi hərəkətlərin ölkənin əlavə hücumlara məruz qalması ilə nəticələnəcəyini düşünür: “Mənə elə gəlir ki, dövlətimiz girovlarla bağlı mümkün olan bütün addımları atıb. Sadəcə olaraq, Ermənistanın xarakteri və tutmuş olduğu mövqe beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyinə görə, Azərbaycanın atdığı addımlar nəticə vermir. Mən qətiyyən şübhə etmirəm ki, ən yüksək səviyyələrdə belə bizim dövlət rəhbərləri tərəfindən işlər görülür. Ancaq beynəlxalq təşkilatlar, Minsk Qrupunun həmsədrləri Azərbaycanın deyil, Ermənistanın yanındadırlar. Biz girovlarımız o zaman azad edə bilərik ki, qəhrəman milli ordumuz işğalçılara qarşı total hücuma keçərək əraziləri azad etsinlər. Bu zaman isə girovlarımız dəyişdirilə bilər. Ermənistanın hər hansı yüksək vəzifəli şəxsi əsir düşərsə və ya girov götürülərsə, bu cür insanlarla dəyişilə bilər”.

F.Ağamalının fikrincə, indiki halda, çox təəssüf ki, soydaşlarımızın erməni əsirliyindən azad olunması mümkün görünmür: “Mülki şəraitdə hansısa erməninin girov götürülməsinə gəlincə, Fəzail Ağamalı bunun ölkəni beynəlxalq aləmdə zərbə altına qoyacağını qeyd etdi. Bu da mümkündür, ancaq o ermənini necə girov götürmək olar? Bunun üçün xüsusi əməliyyat planı hazırlanmalıdır. Bu plan elə peşəkarlıqla həyata keçirilməlidir ki, nəticə uğurlu olsun. Ancaq mənə elə gəlir ki, dövlətin bu məsələyə qarışması dövlətinə qarşı əlavə hücumlara səbəb ola bilər. Bir var, hərbi əməliyyat zamanı hansısa erməni əsri düşsün, bir də var, Azərbaycanın rəsmi qurumları tərəfindən bu əməliyyat Ermənistan ərazisində aparılsın. Bu ölkəni zərbə altında qoya bilər. Bu, bir qədər başqa formada həyata keçirilsə, Dilqəmin qohumlarından biri keçib bu əməliyyatları yerinə yetirsə, həmin girovu Dilqəmlə dəyişə bilər. Bu da hüquqi əsası olmayan, yanlış bir yol ola bilər. Mən bu üsulların  perspektivini görmürəm. Ümumilikdə təkcə, Dilqəm və Şahbazı yox, işğal altındakı torpaqlarımızı, eləcə də əsirlikdə olan digər vətəndaşlarımızı xilas etmək üçün Azərbaycan hərbi əməliyyatlara başlamalıdır və torpaqları azad etməliyik”.

Картинки по запросу Hikmət Hacıyev

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də açıqlama verib və erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin son durumundan danışıb. Hikmət Hacıyev teleqraf.com-a açıqlamasında bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi daim dövlət başçısının, Xarici İşlər Nazirliyinin və digər aidiyyatı qurumların diqqətindədir: “Ermənistan silahlı qüvvələri tərəfindən soydaşlarımızın girovluqda saxlanması ilə əlaqədar onların ailə üzvlərinin və yaxınlarının narahatçılığını bölüşür və şərik çıxırıq. ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər tərəf müqabilləri ilə bu məsələ daimi əsasda müzakirə edilir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin son durumu barədə müxtəlif mənbələrdən bizə daxil olan məlumata əsasən onlar sağ-salamatdırlar. Ermənistanın mülki şəxsləri girovluqda saxlamaqda davam etdirməsi və bu kimi qeyri-insani davranışı rəsmi İrəvanın müvafiq konvensiyalarla üzərinə götürdüyü beynəlxalq humanitar hüquqi öhdəliklərinin kobud şəkildə pozulmasının növbəti nümunəsidir. Münaqişənin həllinə töhfə vermək əvəzinə Ermənistanın bu kimi təxribatçı addımları danışıqlar prosesinə mənfi göstərir”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru