Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
10:42
`Vest Bromviç` ÇL-nın qalibindən çox qazanıb

2017/2018 mövsümü üçün İngiltərə Premyer Liqası klublarına ödənilən mükafatın məbləği müəyyənləşib.

Ən çox qazanc yarışı 2-ci pillədə başa vuran “Mançester Yunayted”ə nəsib olub. "Qırmızı şeytanlar" 149,8 milyon funt sterlinq əldə ediblər. Çempion “Mançester Siti”yə 149,4 milyon avro ödənilib. “Şəhərlilər”in ikinci olmasına səbəb Böyük Britaniya ərazisində “qırmızı şeytanlar”ın daha çox oyununun canlı yayımlanmasıdır .

“Üçlüy”ü 145,9 milyonla “Liverpul” qapayır. 

Maraqlıdır ki, mövsümün yekunlarına əsasən, Premyer Liqanı tərk edəcək 3 kluba da böyük həcmdə vəsait ödənilib. Çempionatı son sırada tamamlayan “Vest Bromviç”ə 94,7 milyon verilib.

1. “Mançester Yunayted” - 149,8 (milyon, funt sterlinq)

2. “Mançester Siti” - 149,4

3. “Liverpul - 145,9

4. “Tottenhem” - 144,4

5. “Arsenal” - 142

6. “Çelsi” - 141,7

7. “Everton” - 128

8. “Nyukasl” - 123

9. “Börnli” - 119,8

10. “Lester” - 118

11. “Vest Hem” - 116,1

12. “Kristal Pelas” - 114,3

13. “Bornmut” -111,2

14. “Brayton” - 107,7

15. “Sautgempton” - 107,2

16. “Uotford”- 106,3

17. “Haddersfild” - 102,4

18. “Stok Siti” - 98,9

19. “Suonsi” - 98,5

20. “Vest Bromviç” - 94,7.

Qeyd edək ki, 2016-2017 mövsümündə Çempionlar Liqasının qalibi olan İspaniya "Real Madrid"i 80,9 milyon avro qazanıb. Ötən mövsüm ən çox gəliri isə finalda "kral klubu"na 1:4 hesabına uduzmuş İtaliya "Yuventus"u əldə edib - 109 milyon avro. Bu isə İngiltərə Premyer Liqasında sonuncu yeri tutan "Vest Bromviç"in qazancı ilə avro ekvivalentində bərabər məbləğ deməkdir.(report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 04:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com