Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
09:28
599
Venesuelada 54 körpənin olduğu doğum evinə silahlı basqın olub-FOTO

Venesuelanın paytaxtı Karakasda  Ana və Uşağın  Sağlamlıq Mərkəzi bu gün səhər hücuma məruz qalıb. FaktXeber.com-un TASS-a istinadla verdiyi məlumata görə, bu barədə  Cənüubi Amerika ölkəsinin XİN rəhbəri  Delsi  Rodriqes özünün Tvitter səhifəsində xəbər verib.

«Beynəlxalq ictimaiyyətə bəyan edirəm ki, silahlı müxalif dəstələr  54 uşağın olduğu xəstəxanaya hücum həyata keçiriblər. Prezident Maduro  uşaqların və körpələrin təhlükəsizliyi üçün hospitalı evakuasiya etməyi tapşırıb», - deyə Rodriqes bildirib.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Venesuelada  aprelin əvvəllərindən müxalifət tərəfindən kütləvi etiraz aksiyaları təşkil olunur. Buna səbəb isə Ali Məhkəmənin Maduronun səlahiyyətləri və Parlamentlə bağlı verdiyi qərar, həmçinin müxalifət liderlərindən Enrike Kaprilesə 15 il müddətinə seçkilərdə iştirak etmə yasağı qoyulmasıdır.

Müxalif Demokratik Birlik Blokunun məlumatına görə, cümə axşamı günü keçirilən etiraz aksiyalarında 220 nəfər zərər çəkib. Ay başlayandan bəri minlərlə adam saxlanılıb, yüzlərlə insan isə həbs olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru