Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
10:29
Vatikanda keşişlərin uşaqlara təcavüzü müzakirə olunub

Katolik Kilsəsinin lideri Papa Françesko Vatikanda ABŞ Yepiskoplar Konfransından bir nümayəndəni qəbul edib.

FaktXəbər-in məlumatına görə, Papanın amerikalı kardinallarla görüşündə gündəm mövzusu Pensilvaniya ştatında keşişlərin uşaqlara qarşı təcavüzü olub.

Görüşdən sonra açıqlama verən ABŞ Yepiskoplar Konfransı kardinalı Daniel Dinardo Papa ilə "Amerika Katolik Kilsəsindəki əxlaqi böhranı"nı müzakirə etdiklərini deyib.

Başqa bir tədbirdə də 130 yepiskopa müraciət edən Papa uşaqlara qarşı cinsi istismar qalmaqallarına "mənəvi çatışmazlıqlar"ın səbəb olduğunu deyərək, bu məsələnin mahiyyətinin araşdırılması lazım olduğunu bildirib.

Papa keşişlər ilə ilahiyyat tələbələrinə xüsusi diqqət verilməsi lazım olduğunu deyib.

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya baş prokuroru Coş Şapiro iki illik istintaqdan sonra uşaqlara qarşı cinsi təcavüzün Pensilvaniya və Vatikandakı stajlı kilsə rəsmiləri tərəfindən sistematik şəkildə gizlədildiyini ortaya çıxarıb.

Məlum olub ki, 300-dən çox keşiş illərlə mindən çox uşağa cinsi təcavüz edib. Bu təcavüz hadisələrinin hamısından Papa Françesko xəbərdar olub.

Katolik Kilsəsinin dünyanın bir çox ölkəsində yüz minlərlə rahibi var. Bir çox ölkədə xüsusilə uşaqlara qarşı cinsi istismarla bağlı çoxlu sayda məlumatlar mətbuatda yer alıb.

Birləşmiş Millətlər Təşkilatı da Katolik Kilsəsi vəzifəlilərinin uşaq istismarları haqqında 2014-cü ildə hesabat dərc etmişdi. Hesabatda Vatikanın verdiyi sistematik qərarlara görə ötən 10 ildə keşişlərin on minlərlə uşağa cinsi təcavüz etdiyi və təcavüzə şərait yaradıldığı ittihamı qeyd olunmuşdu. Vatikan isə 2014-ci ilin yanvar ayında 400 keşişin 2012-2013-cü ildə uşaqlara cinsi təcavüz etdiyi üçün vəzifəsindən çıxardığını qəbul etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : cinsi təcavüz keşiş 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com