Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

18 Sentyabr

2017
09:30
2328
Valideynlərdən pul tələb edilməsi ilə bağlı məlumatlara rəsmi münasibət bildirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Bakıdakı orta məktəblərdə valideynlərdən pul tələb edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə yayılmış məlumatlara rəsmi münasibət bildirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, bununla bağlı BŞTİ-yə heç bir mürüciət daxil olmayıb.

“Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı konkret faktlara əsaslanan və anonim olmayan müraciətlər olduğu halda araşdırılır və müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir. Bu baxımdan valideynlərlə aparılan iş də xüsusilə qeyd olunmalıdır ”- deyə, BŞTİ-dən bildirilib.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 04:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru