- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Autizm yaş artımı ilə əlaqədar olaraq meydana gələn inkişafəngəlləyici bir haldır. Bu problem şifahi və qeyri–şifahi ünsiyyətin, eləcə də, ətrafdakı insanlarla qarşılıqlı əlaqələrin qurulmasına kifayət qədər mane olur. Bu problem növü, əsasən, uşaq üç yaşa çatmamışdan öncə aşkarlanır və uşağın təlim-tərbiyəsinə mənfi təsir göstərir. Eyni sözlərin, hərəkətlərin təkrarlanması, ətrafda, yaxud gündəlik olaraq müəyyənləşmiş qaydalarda baş verən dəyişikliyə müqavimət və həssas təcrübələrə qəribə reaksiya göstərilməsi kimi əlamətlərlə müşayiət olunan digər hallar da, adətən, özünəqapanmanı büruzə verir. Əgər uşağın təlim–tərbiyəsinin məruz qaldığı mənfiliklər başlıca olaraq onun keçirdiyi emosional pozuntu halı ilə bağlıdırsa, bu, özünəqapanma kimi tərif edilə bilməz.
● Autizm spektor pozuntusunun simptomları aşağıdakılardır:
1. Başqaları ilə ünsiyyət zamam gözün içinə baxmamaq, üz cizglərinin vəziyyəti, oturuşu və bədən hissələrinin hərəkətlərindən düzgün istifadə etməyi bacarmamaq.
2. Eyni maraqların, emosiyaların və birgə fəaliyyətin olmasına baxmayaraq, həmyaşıdları ilə ünsiyyəti inkişaf etdirə bılməmək.
3. Stress, ya da çətinlik zamanı başqa insanlardan yardım və dəstək gözləməmək.
4. Başqa insanlar stress, ya da çətin vəziyyətdə olan zaman onlara dəstək olmaq.
5. Daxildən yaranan sevinc, nailiyyətlər və maraqları başqa insanlarla böluşməyi bacarmamaq.
● Ünsiyyətdə yaranan keyfiyyət dəyişiklikləri aşağıdakılardan biri və ya bir neçəsində əks olunur:
1. Danışıq qabiliyyətinin geri qalması, ya da ümumiyyətlə olmaması. Mimika və jestlərdən istifadə edilməməsi.
2. Həyatının ilk çağlarında müxtəlif çeşidli spontan təsəvvür edilən və ya sosial imitasiya oyunlarında iştirak etməmək.
3. Söhbəti başlamaq, ya da davam etmək qabiliyyətinin olmaması.
4. Sözlərin eyni qaydada və ya təkrarlanan istifadəsi.
● Maraqların, fəaliyyətin, davranışın məhdud stereotipi və ya təkrarlanan tipləri aşağıdakılardan ən azı biri ilə təcəssüm olunur:
1. Stereotip və məhdud maraq növləri üzrə aktiv fəallıyət.
2. Funksional olmayan spesifik hərəkətlər ardıcıllığına tabe olmanın daim diqqət cəlb etməsi.
3. Stereotip və təkrarlanan mexaniki hərəkətlər.
4. Obyektlərin və ya oyuncaqların funksional olmayan hissələri ilə əməliyyatlar.
Hazırki dövrdə autizm spektor pozuntusu hallarının artmasını nəzərə alaraq "Psixoloqlar Kabineti" psixoloq Kamil Həmidovun rəhbərliyi altında valideynlər üçün ödənişsiz psixoloji seminarlar keçirir.
İlk seminar 27 oktyabr, 15:00-da "Kamal" kurslarında həyata keçiriləcək.
Ünvan : Faiq Yusifov küçəsi 31 (MetroParkın yanı)
Telefon: 077-570-51-53
- 20-02-2019 16:33 Yaşlıların qripə tez yoluxmasının səbəbı açıqlandı
- 20-02-2019 15:43 Milli Oftalmologiya Mərkəzi Xaçmaz sakinləri üçün aksiya keçirəcək
- 20-02-2019 12:07 Azərbaycanda 106 nəfər qızılcaya yoluxub
- 19-02-2019 12:03 Mütəmadi siqaret çəkmək dünyanı "rəngsizləşdirir"
- 18-02-2019 13:22 Qarında piy: ƏSAS TƏHLÜKƏLƏR
- 18-02-2019 10:22 Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub
- 15-02-2019 14:42 Yuxusuzluğun ölümcül təhlükəsi açıqlanıb
- 14-02-2019 15:20 Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb”
- 13-02-2019 16:21 Qusarda əhalinin tibbi müayinəsinə başlanılıb
- 13-02-2019 12:01 Xərçəngin əsas simptomları açıqlanıb
- 12-02-2019 16:41 İnsan ixtiraları arasında ən qorxuncu
- 12-02-2019 15:57 Hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir
- 12-02-2019 15:24 Baş infeksionist qızılca ilə bağlı son vəziyyəti açıqlayıb
- 12-02-2019 11:55 Alimlər: Allaha inanmaq insanı depressiyadan qoruyur
- 12-02-2019 08:44 Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər
- 11-02-2019 14:04 Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb
- 08-02-2019 21:01 Komitə sədri: Ən təhlükəli məsələlərdən biri odur ki...
- 08-02-2019 16:55 Balıq yağının hamilə qadınlara gözlənilməz FAYDASI
- 08-02-2019 12:52 Düyü həlimi - orqanizmi təmizləyir, müalicə edir, gözəlləşdirir
- 08-02-2019 10:02 ÜST: Avropa qızılcaya yoluxma ilə bağlı 10 illik rekordu qırıb
- 07-02-2019 15:20 Televizor qarşısında çox oturmaq xərçəng yaradırmış
- 07-02-2019 12:15 Aynur Sofiyeva: "Ailə institutu deformasiyaya məruz qalıb"
- 06-02-2019 11:32 Depressiyadan qurtulmağın ən sadə yolu açıqlanıb
- 05-02-2019 14:19 Azərbaycanda orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
- 05-02-2019 12:36 Genetikası dəyişmiş uşaqların daha bir "müəllifi" tapılıb