Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2021
09:48
Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - VİDEO

Təhsil Nazirliyi tərəfindən vaksinasiya prosesində iştirak etməyən müəllimlərin təhsil müəssisələrinə girişlərinin qadağan olunacağı açıqlanıb. Bildirilib ki, işçilər əks göstəriş sertifikatını tədris ili başlayana qədər əldə etməlidirlər. Təhsil nazirinin müşaviri bu prosesdə iştirak etmək istəməyən müəllimlərin əmək haqlarının necə ödəniləcəyi məsələsinə də aydınlıq gətirib.

Xezerxeber.az xəbər verir ki, COVID-19 pasportu və əks göstəriş sertifikatı olmayan müəllimlər ali və ya orta təhsil müəssisələrinə buraxılmayacaqlar.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Hazırlanmış siyahılar əsasında ciddi monitorinqlər aparılacaq. Nazir müşaviri vaksinasiyada iştirak etməyən və əks göstəriş sertikifatı olmayan müəllimlərin əmək haqlarının ödənilməsilə bağlı məsələnin müzakirə olunduğunu qeyd edib.

"Təhsil müəssisələrinə buraxılmayan müəllimlərin dərs saatlarında heç bir axsama olmayacaq. Bundan başqa məktəblərdə və universitetlərdə vaksinasiya məntəqələrinin sayı artırılacaq. Həmçinin tələbələr də universitetlərin girişində yoxlanılacaqlar, - deyə müşavir qeyd edib.

Rüstəm Ağayev bildirib ki, 11-ci sinif şagirdlərinin vaksinasiya prosesində iştirakı ilə bağlı hələ konkret qərar verilməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
345

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
436
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 09:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru