Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

02 Sentyabr

2017
11:25
505
Vahid Ələkbərov bu il 693 milyon dollar itirib

FaktXəbər-in verdiyi məlumata görə, 2017-ci ilin 8 ayı ərzində rusiyalı 28 milyarderin sərvəti 17,099 milyard dollar artıb. Bu barədə "Bloomberg Billionaires Index" məlumat verir. 

Rusiyanın ən varlı şəxsi sayılan "Severstal" şirkətinin əsas səhmdarı Aleksey Mordaşovun varidatı 1,49 milyard  dollar artaraq 18,4 milyard dollara çatıb.

İkinci yerdə "Norilsk nikeli"nin prezidenti Vladimir Potanin 17,5 milyard dollarla qərarlaşıb.

Vladimir Lisin ilk üçlüyü tamamlayır. Onun sərvəti yanvar-avqust ayları ərzində 3,47 milyard dollar artaraq 16,6 milyard dollar təşkil edib. 

Siyahıda yeddinci pillədə qərarlaşan "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bu il 693 milyon dollar itirib. Hazırda onun sərvəti 11,3 milyard dollara çatıb.

Məqalədə : Vahid Ələkbərov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru