Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
09:47
205
Uqo Çavezin qardaşına sanksiya qoyuldu

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ rəhbərliyi Venesuelaya dair sanksiya siyahısını genişləndirib. Bu barədə ictimaiyyətə ölkənin Maliyyə Nazirliyi məlumat verib. Məlumatda bildirilir ki, Venesuelanın sabiq prezidenti Uqo Çavesin qardaşı Adan Çaves də daxil olmaqla, ölkənin Konstitusiya Assambleyasının 6 üzvü saksiyaya məruz qalıb.  

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Venesuelada Milli Qvardiyanın komandiri Umberto Luqo Armas və Milli Seçki Şurasının üzvü Tanya D’Amelionun adlarına "qara siyahı"ya daxil edib.

Adıçəkilən şəxslərin ABŞ-da bütün aktivləri dondurulub, Amerika vətəndaşlarına isə onlarla işgüzar əlaqədə olmaq qadağan olunub. 

Qeyd edək ki, ABŞ rəhbərliyi Venesuelada prezident Nikolas Maduro hökumətini devirmək istəyən müxalifətə aşkar şəkildə dəstək göstərir və hökumət üzvlərinə qarşı sanksiyaları genişləndirir. 

Məqalədə : Çavez 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru