Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Avqust

2017
10:37
616
Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişikliklər edildikdən sonra prezident İlham Əliyev qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hazırlıq qrupları hansı universitetlərin nəzdində fəaliyyət göstərəcək?

Hazırlıq qruplarına qəbul nə zamandan başlayacaq? 

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,hazırlıq qruplarına qəbul gələn ildən başlayacaq.

“Hazırda hazırlıq qruplarının gələcək fəaliyyəti nazirliyin müvafiq şöbələrində müzakirə edilir. Gələn ildən isə hazırlıq qruplarına qəbul elan ediləcək”.

Məqalədə : Milli Məclis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru