Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Mart

2017
15:37
1330
Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklü avtomobillər oğurlanıb

Ukraynadan Azərbaycana yola salınan, içərisində “Veysəloğlu” və digər şirkətlər üçün yük olan ağır tonnajlı üç avtomobil yoxa çıxıb.

Ukraynanın İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, yük maşınlarından ikisinin məxsus olduğu nəqliyyat şirkətinin rəhbəri Mətləb Nəcəfov APA-ya bildirib ki, avtomobillərdən birində 20 tondan çox ət, digərində 20 tondan çox yağ, “Veysəloğlu”na yük gətirən avtomobildə isə müxtəlif ərzaq məhsulları olub.

Yük maşınlarından ikisinin onun şirkətinə məxsus olduğunu bildirən M. Nəcəfovun sözlərinə görə, maşınlardan biri Xmelnitski vilayətinin Starokonstantinov şəhərində, digəri isə Çerniqov vilayətinin Priluki şəhərində yüklənib: “Maşınlar qrafikə uyğun olaraq, Kiyevdən keçərək Odessaya gedib, oradan gəmilərə yüklənməliydi. Gömrük orqanlarının yoxlamasından da keçmişdi, Azərbaycana yola salınması qalırdı. Amma gözlənilmədən sürücülərlə əlaqə itdi və artıq 3 həftədir, heç bir xəbər yoxdur. Hadisə ilə bağlı dərhal yerli polisə və təhlükəsizlik orqanlarına şirkətim adından müraciət etdim. Onlar ilkin olaraq maşınların naməlum şəxslər tərəfindən oğurlandığını bildirsələr də, təəssüf ki, heç bir axtarış aparmırlar. O yüklərə mən cavabdehəm, külli miqdarda ziyana düşmüşəm”.

M. Nəcəfov digər şirkət tərəfindən “Veysəloğlu” şirkəti üçün yola salınan maşının da yüklə birlikdə eyni vaxtda yoxa çıxdığını bildirib. O, belə halların son vaxtlar artdığını da vurğulayıb.

"Veysəloğlu" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədov açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, şirkətə məxsus qida məhsullarını Azərbaycana gətirən 1 yük maşını Ukrayna ərazisində yoxa çıxıb: “Bu məsələdə "Veysəloğlu" Şirkətlər Qrupu zərərçəkmiş tərəfdir. Məsələnin hüquq müstəvisində həlli üçün artıq aidiyyəti instansiyalara müraciət edilib”.  

İndiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb. 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə açıqlamasında onda bu barədə heç bir məlumat olmadığını bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 19:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru