Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
11:50
Ukrayna S-300-ün hansı sirrini İsrailə verə bilərdi-VİDEO

İsrail hərbçiləri Ukraynada F-15 və S-300 Zenit Raket Komplekslərinin  istifadəsi ilə təlim keçiblər. Xarici media iddia edir ki, yəhudi dövləti yekunda belə qənaətə gəlib ki, onların qırıcıları  Rusiyanın «Üçyüzlüyü» qarşısında böyük üstünlüyə malikdir. Bəs görəsən İsrail pilotları Ukraynada S-300 barədə yeni nə öyrənə biərdi?

FaktXeber.com-un «Vzqlayd»a istinadla verdiyi məlumata görə, Amerika və İsrail hərbçiləri Ukrayna səfəri zamanı S-300 Favorit ZRK-nıntaktiki –texniki xarakteristikaları ilə tanış ola bilərdilər.

Kiyev öz müttəfiqlərini inandırmağa çalışıb ki, onun «üçyüzlükləri» prinsipial olaraq bu yaxınlarda Dəməşqin əldə etdiklərindən heç nə ilə fərqlənmir. 

Vyetnamın «Soha Nyus» resursu iddia edir ki, ukraynalılar nəinki komplekslərin bütün xüsusiyyətini veriblər, həmçinin qonaqlara  ZRK-dan səhra şəraitində istiafdəyə imkan veriblər.

Bu məqsədlə Ukraynaya amerika və İsrailin hərbi təyyarələri, o cümlədənABŞ HHQ-nin 18 ədəd F-15C Eagle qırıcısı yollanıb. Portalın məlumatına görə, köçürülmə ötən bazar baş tutub. Bunun yanında SAXAL (İsrail ordusu) S-300-ün amerika təyyarələrinə qarşı sınaqdan keçirmək üçün hərbi pilotlarını yollayıb. 

Sınalardan sonra SAXAL bedə qənaətə gəlib ki, 5-ci nəsil F-35 Lightning II azgörünən  qırıcıları guya Rusiya zenitlərinə müqabildə böyük üstünlüyə malikdirlər.

Bundan əvvəl Rusiyanın birinci sinif əməkdar pilot, hərbi döyüşlərin iştirakçısı, eneral –mayor Vladimir  Popov «Vzqlyad»a etiraf etmişdi ki, F-35 qırıcıları S-300 üçün ciddi rəqib idi. Onun sözlərinə görə, F-35 qırıcıları  gözlənilməz rakursdan zərbələr endirəcək: «Biz onu müəyyən edə bilməsək, o bizi iynələyəcək. Mən zəmanət vermirəm ki, onların hamısı 100 faiz aşkar ediləcək».

«Bu , havada və torpaqda məsələlərin həlli üçün  bazasında çoxhədəfli zərbə qırıcısını yaratmağın mümkün olduğu böyük platformadır. F-35-in əsas tapşırığı – gizlincə gəlmək, qəfil zərbə vurmaq və döyüşə girmədən dərhal uzaqlaşmaqdır. Bu, taktiki hədəfli təyyarədir. Əsas hesablanma qırıcının müəyyən olunmaması üçün hədəf obyektinə «kritik tərəfdən» yaxınlaşmaq və uzaqmənzilli raketlərin  buraxılışını həyata keçirməkdir», - pilot vurğulayıb.

Xatırladaq ki, sentyabrın 17-dən sonra Aralıq dənizi üzərində Suriyanın RƏM sistemləri tərəfindən RF-ya məxsus  İl-20 kəşfiyyat təyyarəsi vurulduqdan sonra rəsimi Moskva Dəməşqə S-300 ZRK-ni vermə barədə qərar qəbul etmişdi. Rusiya tərəfi bu məsələdə məsuliyyəti İsrailin üzərinə qoyaraq, onların İL-20-ni qalxan kimi istifadə etdiklərini bildirmişdi. 

Ekspertlər vurğulayırlar ki, Suriyaya S-300 PM-i uzaqmənzilli raketlərlə verilib. «P» indeksi bunun RƏM (PVO-red.) üçünvariant olduğunu, «M» isə modernləşdirilmiş olduğunu bildirir.

S-300 dünyada böyük populyarlığa malikdir və Azərbaycan da daxil olmaqla 18 dövlətin silahlandırmasında var.

Bundan əvvəl Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, “Almaz-Antey” şirkətinin konstruktor bürosunun sabiq rəhbəri İqor Aşurbəyli bəyan etmişdi ki, S-300 səmanı 250 km radiusda örtür və onunla ancaq Amerikanın «Patriot» ZRK-sı müqayisə oluna bilər, çünki amerikalılar onun yaradılması üçün RF-dan onun texnoloqiyasını oğurlayıblar. Aşurbəylinin  rəhbərliyi altında  S-300-ün ən yeni modifikasiyası hazırlanıb, S-400 «Triumf» ZRK Rusiya Silahlı Qüvvələrinin  Silahlandırmasına verilib. 

Ekspertlər əmindirlər ki, Ukraynada «S-300»-ün hələ sovet sənayesi ilə istehsal olunan  ən birinci modifikasiyası var.

2000-2008-ci illərdə RF HHQ-nin  Zenit Raket  Qoşunlarının rəisi general –leytenant Aleksandr Qorkov bildirib ki, İsrail və SAXAL S-300-ün xüsusiyyətinin ilk addımını keçə bilərdilər: «ABŞ və İsrail  bizim müasir  təchizatımızdan, məlumatsızdırlar.»

Rusiya HHQ-nin (2007-2009) xüsusi təyinatlı zenit raket qüvvələrinin keçmiş komandanı Serqey Xatılev S-300-ün  bir sıra modifikasiyasını xatırladıb. Onun sözlərinə görə, kompleksin mütəmadi olaraq üzərində iş gedib, bu səbəbdən onun sirlərini sonuna qədər öyrənmək mümkün deyil. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : S-300 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 00:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com